Qalaç Məhəmməd qalası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qalaç Məhəmməd qalası
Şəhər Balakən
Tikilmə tarixi XIX əsr
Material daş

Qalaç Məhəmməd qalası — Balakən şəhəri ərazisində yerləşən tarix-memarlıq abidəsi.[1]

Tarixi

Qala XIX əsrdə Balakən camaatının ağsaqqalı olan Qalaç Məhəmməd tərəfindən inşa etdirilmişdir.[1] Ağsaqqalın ərazini ələ keçirən Rusiya İmperiyası ordusuna təslim olmasından sonra Şeyx Şamil qalanı ələ keçirərək yandırmışdır.[1]

Memarlıq xüsusiyyətləri

Abidə əyri dördbucaqlı formasına malik qala divarları və divarların əhatə etdiyi ərazinin mərkəzində yerləşən qüllədən ibarətdir. Divarların hündürlüyü iki metrə çatır. İnsan boyu hündürlükdə divarlar boyunca mazqallar yerləşdirilmişdir.[1] Qala divarlarının əhatə etdiyi ərazinin ölçüləri 20 x 50 metrə bərabərdir.[1]

Qalanın mərkəsində yerləşən qüllənin üç mərtəbəsi dövrümüzə çatmışdır.[1] Qüllənin yeganə qapısı yer səviyyəsində yerləşir. Qapının ölçüləri 0.86 x 1.45 metrə bərabərdir.[1] Qüllənin divarlarında da mazqallar yerləşdirilmişdir.[1] Qüllə daha əvvəl beş mərtəbəli olmuşdur.[1]

İstinadlar

Ədəbiyyat

  • Бретаницкий Л., Мамиконов Л. Оборонительные сооружения Закатальского и Белоканского районов (Памятники архитектуры Азербайджана). Баку. 1950. 111–119.