Yengicə (Qəbələ)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Yengicə
40°52′18″ şm. e. 47°51′06″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Yengicə xəritədə
Yengicə
Yengicə

YengicəAzərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Yengicə kəndi Tüntül kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Yengicə kənd inzibati ərazi vahidi yaradılmışdır.[1]

Toponimikası

Yengicə Yenicə oykoniminin fonetik şəklidir. Yenicə və Yengicə adlanan kəndlər əhalinin müəyyən hadisə ilə (əsasən torpaq çatışmamazlığına görə) əlaqədar ana kənddən köçüb kənar yerdə yeni məntəqə salması nəticəsində yaranmışdır. Oykonim "yeni kənd" mənasındadır.[2]

Tarixi

Coğrafiyası və ilqimi

Kənd Baş Qafqaz silsiləsinin ətəyində yerləşir.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 520 nəfər əhali yaşayır.[3]

İqtisadiyyatı

Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq və meyvəçilik təşkil edir.[4]

Kəndin ərazisində 22 sentyabr 2014-cü ildə "Qafqaz Yengicə Termal Hotel və SPA" kompleksi istifadəyə verilmişdir.[5]

Ərazidə əvəzsiz müalicəvi su olduğundan "Yengicə isti su sağlamlıq və istirahət kompleksi" istifadəyə verilib. Bu kompleksin inşasına 2006-cı ildən başlanıb və 21 vannadan, 50 yerdən ibarət olan mərkəzdə insanlar nəinki şəfa tapır, həm də təbiətin qoynunda dincəlmək imkanı qazanır. Əlavə müayinə otaqları və 5 mərtəbəli 80 yerlik korpus da inşa olunub. Burada dəri, revmatik sümük və oynaq xəstəliklərinin müalicəsi aparılır. 50 nəfərin işlə təminatı yerli əhalinin məşğulluğunda önəmli hadisədir.[4]

İstinadlar

  1. "Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı". 2022-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-10.
  2. Yengicə (Qəbələ) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  4. 1 2 Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
  5. İlham Əliyev Qəbələdə “Qafqaz Yengicə Termal Hotel və SPA” kompleksinin açılışında iştirak edib Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine. president.az, 22.09.2014  (az.)

Həmçinin bax