Mollaşıxalı — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.
Mollaşıxalı | |
---|---|
40°50′ şm. e. 47°48′ ş. u.HGYO | |
Ölkə | |
Rayon | Qəbələ rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Mollaşıxalı. Ehtimallara görə şəxs adından götürüldüyü bildirilir. Burada 309 nəfər yaşayır və 90 təsərrüfatı var. Əhali əsasən heyvandarlığı inkişaf etdirir. Taxıl zəmiləri, digər məşğuliyyət sahələri də gəlir gətirən mənbələrdir.[1] Kəndlə Qəbələ-Ağdaş yolunun arası 6 km-dir. Zalamla bitişik olduğundan qonşu kəndin məktəbi və uşaq baxçasından istifadə edilir.[1] Ərazidə icra nümayəndəliyi üçün yeni inzibati bina istifadəyə verilib.[1]
Mollaşıxalı oyk., sadə. Qəbələ r-nunun Zalam i.ə.v.-də kənd. Daşüz silsiləsinin ətəyində, Ərəş düzündədir. Yaşayış məntəqəsi mollaşıxalı nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "Molla Şıxalının kəndi, mollaşıxalılar, mollaşıxalıgillər" mənasmdadır.[2]
Qəbələ rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |