Tövlə (Qəbələ)

TövləAzərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.

Tövlə
40°53′09″ şm. e. 47°43′54″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Qəbələ rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 423 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Tövlə xəritədə
Tövlə
Tövlə

Tövlə. Bu kənd uzun müddət Tola adlanıb. 1999-cu ildən bələdiyyələr yarananda kəndin adı Tövlə kimi rəsmiləşib. Toponimika elminə görə hazırkı adı düzdür və söz təhrif olunaraq xeyli vaxt əsas mahiyyətini itirmişdi. Yerli camaatın yozumuna görə Qədim Qəbələnin paytaxt olduğu zaman bu ərazidən tədarük olunan kənd təsərrüfatı malları və ərzaq ehtiyatı şəhərin tələbatını ödəyirmiş. Məhz adı da beləcə yaranıb. İndiki Çuxur Qəbələ kəndi ilə qədim şəhərin arasındadır. Ərazidən tapılan kərpic bişirən kürəxanalar hələ də araşdırılır və mühafizə olunan arxeoloji abidələr sırasına daxil edilib. Əslində tola sözü kərpic anlamındadır. Arxeologiyada tədqiqat aparılan Qədim Albaniyanın Çaqqallı sahəsi, tarixi məkandan 3–4 km cənub-şərqdə, Govurlu və Qoçalan çayın arasında 50 hektaradək yer Tövlə kəndinin ərazisindədir.[1] Hazırda kəndin 738 nəfər əhalisi və 179 təsərrüfatı qeydə alınıb. Fındıq bağları, iri və xırda buynuzlu mal-qara artımı, tərəvəz sahələri gəlir mənbəyidir. Fərdi evlərin tikintisində, əhalinin minik avtomobillərinin sayında irəliləyiş hiss edilir. İctimai iaşə müəssisələri fəaliyyət göstərir. Regionların Sosial-İqtisadi İnkişafı ilə bağlı yeni Dövlət Proqramına (2009-2013) əsasən növbəti illərdə burada Qoçalan çayı üzərində körpü tikilməsi nəzərdə tutulub. Kənddə peyk rabitəsi quraşdırılıb, icra nümayəndəliyində, bələdiyyə idarəsində, məktəbdə telefon rabitəsi var. 2008-ci ilin sonundan əhaliyə telefon çəkilişinə başlanıb. Mavi yanacağın bərpası qərara alınıb.[1]

Tövlə oyk., sada. Qəbələ r-nunun Mirzəbəyli i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Yerli əhali oykonimi tövlə (mal-qara saxlanan yer) sözü ilə bağlayır. Bəzi tədqiqatçılara görə, kəndin adı qismən təhrifə uğramışdır. Əslində Tovilə olmalıdır. Yaşayış məntəqəsinin adının yunan coğrafiyaşünası Ptolomeyin (II əsr) Albaniyada qeyd etdiyi Tabilaka və ərəb coğrafiyaşünası Müqəddəsinin (X əsr) Şəki və Qəbələ arasmda qeyd etdiyi Tebla toponimləri ilə bağlılığı ehtimal olunur. İlisu kəndində (Qax r-nu) tovla tabun adlı nəsil qeydə alınmışdır.[2]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629