Bayramkoxalı

Bayramkoxalı, BayramkoxaAzərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.

Bayramkoxalı
40°47′16″ şm. e. 47°46′23″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Qəbələ rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 340 m
Saat qurşağı
Əhalisi
Əhalisi 1.039 nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ3634[1]
Xəritəni göstər/gizlə
Bayramkoxalı xəritədə
Bayramkoxalı
Bayramkoxalı

Coğrafiyaşünas alim Elxan Nuriyev ərazinin toponimiyasına aid elmi əsərində qeyd edir ki, kəndin əsas adı Bayramkovxalı olsa da get-gedə təhrif olunaraq bayramkoxa halına düşmüşdü. Kənddə insanların fəaliyyəti üçün real şərait var. Orta məktəb, tibb məntəqəsi, kitabxana və ticarət obyektləri sakinlərin ixtiyarındadır. Əhalinin ziyalılıq səviyyəsinə gəlincə təhsilin vəziyyəti ürəkaçandır. 1100 nəfərə yaxın insanın yaşadığı kəndin əhalisi taxıl əkir, heyvandarlıqla məşğul olur, tərəvəz məhsullarına isə hər bir ailə fərdi yanaşaraq zövqə və kəndin torpaq şəraitinə uyğun becərirlər.[2]

Bayramkoxalı oyk., düz. Qəbələ r-nunun Zalam i.ə.v.-də kənd. Göyçayın sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Oykonim Bayramkoxa (antrop.) və -lı (şək.) komponentlərindən düzəlib, kəndxuda, kəndin rəisi Bayram adlı şəxsin adı ilə bağlıdır. Koxa "kəndxuda" sözünün fonetik cəhətdən təhrif olunmuş variantıdır. Oykonim 1933-cü ildə Bayram Koxa variantında qeydə alınmışdır.[3]

Kənddə Bayramkoxa kənd məscidi dini icması fəaliyyət göstərir[4].

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
  3. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  4. MÜSƏLMAN DİNİ İCMALAR - 2018-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-08 at the Wayback Machine. scwra.gov.az  (az.)