Yengicə — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Yengicə kəndi Tüntül kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Yengicə kənd inzibati ərazi vahidi yaradılmışdır.[1]
Yengicə | |
---|---|
40°52′18″ şm. e. 47°51′06″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Yengicə Yenicə oykoniminin fonetik şəklidir. Yenicə və Yengicə adlanan kəndlər əhalinin müəyyən hadisə ilə (əsasən torpaq çatışmamazlığına görə) əlaqədar ana kənddən köçüb kənar yerdə yeni məntəqə salması nəticəsində yaranmışdır. Oykonim "yeni kənd" mənasındadır.[2]
Kənd Baş Qafqaz silsiləsinin ətəyində yerləşir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 520 nəfər əhali yaşayır.[3]
Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq və meyvəçilik təşkil edir.[4]
Kəndin ərazisində 22 sentyabr 2014-cü ildə "Qafqaz Yengicə Termal Hotel və SPA" kompleksi istifadəyə verilmişdir.[5]
Ərazidə əvəzsiz müalicəvi su olduğundan "Yengicə isti su sağlamlıq və istirahət kompleksi" istifadəyə verilib. Bu kompleksin inşasına 2006-cı ildən başlanıb və 21 vannadan, 50 yerdən ibarət olan mərkəzdə insanlar nəinki şəfa tapır, həm də təbiətin qoynunda dincəlmək imkanı qazanır. Əlavə müayinə otaqları və 5 mərtəbəli 80 yerlik korpus da inşa olunub. Burada dəri, revmatik sümük və oynaq xəstəliklərinin müalicəsi aparılır. 50 nəfərin işlə təminatı yerli əhalinin məşğulluğunda önəmli hadisədir.[4]
Qəbələ rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |