Quşlar — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.
Quşlar | |
---|---|
40°49′53″ şm. e. 47°37′10″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Qəbələ rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 548 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ3631[1] |
Quşlar kəndi rayondan 30 km. cənub-qərbdə Türyançayın sahilində Daşüz silsiləsinin ətəyindədir. Toponimikada qeyd edilib ki, Quşlar oykonimi qədimdə türk mənşəli Kuş (quş) etnonimindən yaranmışdır.[2] Hazırda burada 600 nəfər əhali yaşayır. 134 təsərrüfatı və 370 hektar yararlı torpağı var. Mərkəzi yolla arası 7 km-dir. Taxılçılıq və heyvandarlıqla yanaşı, kənd sakinləri yeni üzüm sahələrini də bərpa edirlər və bu məhsula meyl artdığından, 120 hektar sahədə yeni üzüm bağları salınıb. Bu da əhalinin bir qismi üçün yeni açılan iş yeri hesab edilir. Əhalinin dolanışığı istənilən səviyyədədir. Təsərrüfatlarda çalışan camaat mal-qaranın da sayını artırır və heç nədən korluq çəkmirlər.[2] Kənddə orta məktəb, ictimai iaşə müəssisələri, mədəniyyət ocaqları və tibb məntəqəsi var. Qarşıdakı illərdə bir neçə yeni tikintilərin aparılması nəzərdə tutulub. Nümayəndəlik üçün yüksək səviyyədə bina inşa ediləcək. Kəndə qaz xəttinin çəkilməsi planlaşdırılır.[2]
Qəbələ rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |