Bəyli (Qəbələ)

BəyliAzərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.

Bəyli
40°49′18″ şm. e. 47°37′00″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Qəbələ rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 346 (2009) nəfər
Xəritəni göstər/gizlə
Bəyli xəritədə
Bəyli
Bəyli

Kənddə əhali heyvan saxlayır, taxıl əkirlər. Üzüm əkiminə isə demək olar ki, yenicə başlanılıb. Təzə salınmış sahələrə qulluq göstərən sakinlər üzümçülüyün inkişafına səy göstərirlər. Artıq yeni bağlar becərilib, bu minvalla gələcəkdə bu məhsulun bol olması gözlənilir. Çünki kəndin üzümçülüyə yararlı münbit torpaq sahəsi var.[1]

Kənd Şəki yaylasındadır. Yerli əhalinin dilində Bəyli kimi işlənir. Keçmiş adı Yemişanlı olmuşdur. Oykonim "bəyə məxsus kənd" mənasında izah olunur. 1933-cü ildə Kürdəmir r-nunun Axtaçı i.ə.v.-də də Bəyli kəndi qeydə alınmışdır.[2]

  • 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 346 nəfər əhali yaşayır.[3]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629