Hacıalılı (Qəbələ)

HacıalılıAzərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.

Hacıalılı
40°50′38″ şm. e. 47°43′43″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Qəbələ rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 1471 (2009) nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ3616[1]
Hacıalılı xəritədə
Hacıalılı
Hacıalılı

Coğrafiyaşünas Elxan Nuriyevin yürütdüyü fərziyyəyə əsasən[2] "Hacallı" Hacı Əlili sözlərindən yaranıb. Müəllif Hacıalılı adında iri tayfanın məlum olmadığını, kəndin adının Hacı Əlinin adından yarandığını qeyd etmişdir.

İsmayıl bəy Qutqaşınlı "Səfərnamə" əsərində[3] Qutqaşından – Trabuzanadək bölməsində Hacallı barədə qeyd edir:

Zövcəmiz Hacı Bikə düz yol ilə Hacıallı qəryəsinə getdi. Mən bir para xalisə kəndlərimi gəzib, bir para nizam verib axşama dəxi haman kəndə çatdım.orada iki gecə qalıb, bir para ətraf cəvanibdə olan xalisələrimin işlərinə əncam verib və özüm öz əlim ilə saldığım bağda bir gün istirahət edib, Rəcəbin on ikisində oradan yola düşüb, Qəbələ mahalından (çıxıb), Ağdaş mahalında Ağcayazı(kəndində) mahmud bəyə qonaq olduq. Qutqaşından Hacıallıya üç ağac yarım və Hacıallıdan Ağcayazı kəndinə dörd ağac yarım yoldur.

İndiki Hacallının yerləşdiyi ərazilər ilk Tunc dövründən yaşayış məskənidir. Erkən tunc dövrünün Hacallıda olan kurqan qəbir abidəsi buralarda yaşayış tarixinin eramızdan əvvəlki vaxtlara təsadüf etdiyinə əyani sübutdur. Süni suvarma sisteminin yaranması da məhz Tunc dövrünə təsadüf edir. Tunc alətlərdən istifadə etməklə Hacallı ərazisində yaşayan ilk insanlar şimaldan su kanalı çəkmiş, Pirəlli meşəsinin qaynama bulaqlarını isə mənbə kimi istifadə etmişlər. Hacallının yerləşdiyi Ərəş düzünün düz Yengicə (yəni dağlıq olmayan sahələr) adlanan bütün əraziləri süni suvarma sistemi ilə suvarılmış, dənli bitkilər əkilən sahələr genişlənmişdir. Əkinçiliklə məşğul olan Hacallılar burada daimi məskən salmış, maldarlıqla məşğul olanlar isə köçəri həyat tərzinə keçmişlər. Taxılçılıqla məşğul olan Hacallı sakinləri (Hacallı ərazisində yaşayan insanlar) taxılın və digər kənd təsərrüfatı məhsullarının qorunub-saxlanması üçün büyük saxsı küplərdən istifadə etmişlər.

Hacallının yerləşdiyi Ərəş düzü tarixi mənbələrdə Ərəş mahalı adı ilə göstərilib. XVIII əsrin sonunda Şəki xanlığının ərazisi səkkiz mahala bölünmüşdü. Bunlardan biri də Hacallının yerləşdiyi Ərəş mahalı idi. Mahalı naib idarə edirdi. Bu ərazilər 1743–cü ilə qədər Ərəş sultanlığının tabeliyində olmuşdur. Osmanlı–Səfəvi müharibələri dövründə zəifləyən Ərəş sultanlığının əraziləri, indiki Hacallının yerləşdiyi Ərəş düzü də daxil olmaqla Şəki xanlığının tərkibinə qatıldı[4]

Hacallı kəndi, Qəbələ rayonunda rayon mərkəzindən 20 km cənub qərbdə, Qəbələ—Ağdaş yolu kənarında, Ərəş düzündədir(Azərbaycan Sovet Ensklopediyası X cild səhifə 144 ). Kənd əhalisi taxılçılıq, heyvandarlıq və qismən də tütünçülükbaramaçılıqla məşğul olur. Hacallıda orta məktəb, xəstəxana, mədəniyyət evi, kitabxana və uşaq baxçası fəaliyyət göstərir. Arxeoloji abidələrdən kurqan(ilk tunc dövrü) və qəbiristan(antik dövr) var( ASE X cild səhifə 144). Hacallı adı yerli ağsaqqalların dediyinə görə "Hacca əlli" sözündən yaranmışdır. Deyildiyinə görə bu yer həccə gedən zəvvarların əlli(50) nəfərinin toplandığı yer olub. Coğrafiyaşünas Elxan Nuriyevin yürütdüyü fərziyyəyə əsasən (Azərbaycan SSR Şəki – Zaqatala zonasının toponimikası– səhifə 12 – Elxan Nuriyev) Hacallı Hacı Əlili sözündən yaranıb. Məüəllif Hacıalılı adında iri tayfanın məlum olmadığını, kəndin adının Hacı Əlinin adından yarandığını qeyd etmişdir.

Hacıallı adının hansı mülahizələrinin doğru olub-olmadığını tarixçilərin öhdəsinə buraxırıq. İndiki Hacallının yerləşdiyi ərazilər çox qədim bir dövrdən yaşayış məskənidir. Bu dövr ilk tunc dövrüdür. Bu dövr özünə xass cəhətləri ilə digər dövrlərdən fərqlənir. Belə ki, məhz bu dövrdə insan yeni texnologiyaya yiyələndi. O, təmiz misdən daha davamlı olan tunc qatışığını kəşf etdi. Bu tarix eramızdan əvvəl təxminən 3750—2900–cü iləri əhatə edir və erkən tunc dövrü adlanır. Erkən tunc dövrünün Hacallıda olan Kurqan qəbir abidəsi buralarda yaşayış tarixinin eramızdan əvvəlki vaxtlara təsadüf etdiyinə əyani sübutdur. Artıq eneolit dövründən fərqli olaraq insan torpağı toxa ilə deyil, xış ilə şumlayır, bu zaman qoşqu heyvanlarından istifadə edirdi. Tunc alətin təsərrüfata tətbiqi, əsasən materialın möhkəmliyi, qoşqu heyvanlarının istifadəsinə imkan verdi, bununla da daha geniş sahələrin əkilməsinə şərait yarandı. Süni suvarma sisteminin yaranması da məhz Tunc dövrünə təsadüf edir. Tunc alətlərdən istifadə etməklə Hacallı ərazisində yaşayan ilk insanlar şimaldan su kanalı çəkmiş, Pirəlli meşəsinin qaynama bulaqlarını isə mənbə kimi istifadə etmişlər.

Hacallının yerləşdiyi Ərəş düzünün düz Yengicə adlanan bütün əraziləri süni suvarma sistemi ilə suvarılmış, dənli bitkilər əkilən sahələr genişlənmişdir. Məhz bu dövrlərdə maldarlığın yeni sahəsi – köçmə maldarlığı meydana gəlmişdir. Əkinçiliklə məşğul olan Hacallılar burada daimi məskən salmış, maldarlıqla məşğul olanlar isə köçəri həyat tərzinə keçmişlər. 1983–cü ildə Hacallı—Ovculu yolunun şimal hissəsində, Kürd arxı boyunca torpaq-qazıntı işləri zamanı tutumu təxminən 1,5-2 ton olan böyük saxsı küplər aşkar edilib. Ardıcıl şəkildə tapılan qablar arx boyunca basdırılmışdır.

Hacallı kəndində orta məktəb, xəstəxana, mədəniyyət evi, kitabxana və uşaq baxçası fəaliyyət göstərir. Arxeoloji abidələrdən kurqan (ilk tunc dövrü) və qəbiristan (antik dövr) var.

Hacallı toponimik mənbələrdə qeyd edilir ki, Hacallı sözünün mənası nəsil adından götürülüb. Vaxtilə Hacı Əli olan söz get-gedə fonetik dəyişkənliyə uğrayaraq indiki halına düşüb. Rayon mərkəzindən 20 km. cənub-qərbdə Qəbələ-Ağdaş avtomobil yolunun kənarında, Ərəş düzündədir. Kəndin tarixi qədimdir. Burada arxeoloji abidələrdən ilk tunc dövrünə aid kurqanlar, antik dövr qəbiristanlığı var.[6]

Kənddə Elektron ATS quraşdırılıb. Mavi yanacaqdan istifadə edilir. Artezianlardan hər qapıya su xətti çəkilib. Ən müasir kəndlərdən hesab edilir. Hər il ali məktəblərə yüksək balla qəbul olunanlar arasında hacallılar da az deyil. Əhalinin məşğuliyyəti fərdi tərəvəz sahələrinin, taxıl zəmilərinin əkilməsi və mal-qaraya qulluqdur.[6]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]
  • Hacallı kəndi rayon mərkəzindən 20 km cənub qərbdə, Qəbələ-Ağdaş yolunun kənarında, Ərəş düzündə yerləşir.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]
  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Azərbaycan SSR Şəki–Zaqatala zonasının toponimikası, səh.12, Elxan Nuriyev
  3. İsmayil bəy Qutqaşınlı Əsərləri kitabı Bakı, 2005, səh.71
  4. "1743–cü ildə Nuxalı Hacı Çələbi Qurban oğlu Ərəş mahalını Şəki və Qəbələ mahalları ilə birlikdə özünə tabe etdi.", Mahmud İsmayılov, "Şəki tarixi", səh.19
  5. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  6. 1 2 3 Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.