Seyidqışlaq — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Seyidqışlaq kəndi Bunud kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Seyidqışlaq kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]
Seyidqışlaq | |
---|---|
40°55′09″ şm. e. 47°55′38″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 627 m |
Saat qurşağı | |
Kəndin ərazisi Vəndam kəndinə məxsus qışlaq olmuşdur. Sonralar həmin kənddən çıxan ailələr Seyidqışlaq adlanan bu qışlaqda məskunlaşmışlar. Oykonim "Seyidin qışlağı" mənasmdadır.[2]
Seyidqışlaq şəxs adlarını bildirən toponimlərdən hesab edilir və ilk dəfə yaşayış yerini binə edən insanın adını daşıyır. Vəndamda Seyidə məxsus qışlaq yerində yaranmış kənddir.[3]
Kənd Baş Qafqaz silsiləsinin ətəyində yerləşir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 522 nəfər əhali yaşayır.[4]
Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq, taxılçılıq və bağçılıq təşkil edir.[3]
Kənddə ümumi orta məktəb mövcuddur.
Qəbələ rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |