Həzrə (Qəbələ)

Həzrə kəndiAzərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Həzrə kəndi Bunud kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Həzrə kənd inzibati ərazi vahidi yaradılmışdır[1]

Həzrə
40°54′21″ şm. e. 47°57′28″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 403 nəf. (2009)
Xəritəni göstər/gizlə
Həzrə xəritədə
Həzrə
Həzrə

Kəndin keçmiş adı Vəndam Həzrəsi olmuşdur. Kənddə yerli əhalinin Övliya türbələri adlandırdığı, XIV əsrə aid müqəddəs hesab edilən şeyx Bədrəddin və şeyx Mənsur türbələri var. Kəndin adı həmin türbələrlə bağlıdır. Ərəb dilində həzr "ocaq, pir" deməkdir.[2]

Həzrə "ev, ocaq, yaşayış yeri" deməkdir. Vaxtilə karvan yolunun üstündə olan bu qədim yurd yeri elmi, tarixi əhəmiyyəti ilə seçilir. Alimlərin fikrincə, Həzrədəki övliyalar sübut edir ki, vaxtilə bu xaniganlıqlar ölkədə mühüm maraq kəsb edən mərkəzlərdən sayılıb və karvan yolunun üstündə bərqərarlaşmış qüdrətli Şeyxlərin ölkənin müqəddəratında da önəmli rolu olmuşdur.[3]

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Orta əsrlərə aid qədim qəbiristanlıq arxeoloji abidəsi, Şeyx Bədrəddin (1446), Şeyx Məhəmməd (XV əsr), Şeyx Mənsur (XVI) türbələri memarlıq abidələri, şimalda Həzrə dağında Dördkünc formalı bürcdən ibarət, kirəc məhlulu ilə daşdan hörülmüş müdafiə qülləsi ərazinin qədimliyindən xəbər verir. Yerli əhali arasında "Qalayeri" kimi tanınan bu qüllə IX-XI əsrlərdə Qəbələ feodal hakimliyinin şərq sərhədlərini qorumaq üçün nəzarət məntəqəsi rolunu oynayır.[3]

Kənddə meşə içərisindəki sahəsi 3,5 hektara yaxın, orta əsr qəbiristanında tariximiz üçün çox maraqlı olan abidələr qalmaqdadır. Bu abidələr Şirvan-Abşeron memarlıq məktəbinə aid türbələrdən və sənduqələrdən ibarətdir. Türbələrin portallarında və sənduqələrin üzərində kitabələr həkk olunmuşdur. Qəbiristanda dörd türbə vardır:

  • Şeyx Bədrəddin türbəsi (1446-cı il);
  • Şeyx Mənsur türbəsi (XVI əsr);
  • Şeyx Məhəmməd türbəsi (XV əsr) — Həzrə (Qəbələ) ərazisində yerləşir. Şeyx Məhəmməd türbəsində aparılan bərpa işləri zamanı onun inşaat kitabəsi tapılıb və yenidən divara hörülüb. İki sətirdə iki parça daşda süls elementli nəsx xəttilə yazılmış kitabənin məzmunu belədir. “Bu şərəfli imarət münəvvər şeyx, Şeyx Məhəmməd ibn Şeyx Barikin işıqlı qəbri üzərində sultan oğlu sultan, Əbulmüzəffər Şah Təhmasibin hökmranlığı zamanı tikildi. 970 (1562/1563-cü il)”
  • Türbə (XVI əsr).

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Alazan-Əyriçay çökəkliyində, rayon mərkəzindən 14 km. şərqdə yerləşir.

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 403 nəfər əhali yaşayır.[4]

  1. "Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı". 2022-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-10.
  2. Həzrə (Qəbələ) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  3. 1 2 Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
  4. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629