Şamlı (Qəbələ)

ŞamlıAzərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.

Şamlı
40°50′53″ şm. e. 47°42′55″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Qəbələ rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Şamlı xəritədə
Şamlı
Şamlı

Azərbaycanda müxtəlif türk tayfalarının adını özündə yaşadan yaşayış məskənləri, toponimlər mövcuddur. Bunlardan biri də Qəbələ rayonundakı Şamlı kəndidir. "Şamlı" Suriyadan gəlmiş türk tayfalarından (boylarından) birinin adı olub. Kəndin əsasını Şamlı tayfaları qoymuşdur. Şamlı Şimali Suriyadan gəlmiş Türk tayfalarından (boylarından) birinin adı olub. Şamlı tayfasının Azərbaycana köç etməsi faktı Türkiyəli alim İsmayıl Qayqusuzun internetdə verilmiş “Qızılbaşlıq və qızılbaşlar” adlı məqaləsində də qeyd olunur. Monqolların hücumu zamanı Türkiyəyə gedən və Şamda (Suriyada) məskən salan (o zaman Suriya Osmanlı imperatorluğunun tərkibində olub) səlcuqlardan ibarətdir. Onlar Şamlı adı altında Topal Teymur tərəfindən Suriyadan köçürülmüş və İranda məskunlaşmışlar. Sonradan onlar Azərbaycana köçüblər.[1]

  • Şamlı oyk., sadə.
  • Qəbələ r-nunun Hacallı i.ə.v.-də kənd. Düzənlikdədir. Keçmiş adı Ərəb Şamlı olmuşdur. Sonralar oykonimin tərkibindəki ərəb sözü düşmüşdür. Yaşayış məntəqəsi XII əsrin sonlarında ərəb-şamlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Ərəbşamlı VIII əsrdə ərəblərin Şamdan (Suriyadan) köçürdükləri ərəb ailələrinin'ümumi adıdır. XIX əsrin ortalarında bu tayfa Şirvanın dağlıq ərazilərində mal-darlıqla məşğul olurdu;
  • Zəngilan r-nunun Gilətağ i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, kəndin əsasını XIX əsrdə Şamı, Nağı və Tağı adlı üç qardaş qoymuşdur. Kənd böyük qardaş Şamının adı ilə Şamili (sonralar Şamlı şəklinə düşmüşdür) adlanmışdır. Əslində toponim Qızılbaşların şamlı tayfasının adı ilə bağlıdır. Şamlı Teymurun 1402—ci ildə türk sultanı Bəyazid üzərində qələbəsindən sonra Suriyadan (Şamdan) apardığı bəydili tayfasına mənsub ailələrin adıdır. Həmin ailələri Teymur Səfəvi şeyxi Xacə Əliyə vermiş, o da onlan Azərbaycanın cənubunda yerləşdirmişdir. Sefəvilərin hakimiyyət uğranda mübarizə-sində şamlılar da iştirak etmişdilər. Səfəvi şahları bu tayfaya Azərbaycanda ərazilər bağışlamışdılar.[2]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]
  • Şamlılar tərəvəz sahələri və taxıl əkir, heyvandarlığı inkişaf etdirirlər. Bu kəndin də bütün ehtiyacları ödənildiyindən əhalinin dolanışığı sarıdan narahatlıq hiss olunmur.[1]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Görkəmli Şəxsləri

[redaktə | mənbəni redaktə et]

http://www.atc.az/forum/showthread.php?t=6926

  1. 1 2 3 Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]