Yenikənd (Qəbələ)

YenikəndAzərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Qəbələ rayonunun Yenikənd kəndi Zalam kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yenikənd kənd inzibati ərazi vahidi yaradılmışdır.[2]

Yenikənd
40°58′53″ şm. e. 47°50′44″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.888 nəf.
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ3633[1]
Xəritəni göstər/gizlə
Yenikənd xəritədə
Yenikənd
Yenikənd

Vaxtilə ruslar yaşayan kəndi ətraf əhali Musabəyli adlandırırdı. Sovet hakimiyyəti illərində Stalinabad, 1961-ci ildən isə Yenikənd adlandırıldı. Böyük Vətən müharibəsindən sonrakı illərdə rus ailələri kənddən köçüb getmiş, orada Dağıstandan gəlmiş ləzgi ailələri məskunlaşmışdı.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Daşüz silsiləsinin ətəyində yerləşir. Vaxtilə Lazadan yuxarıda, Muçuq şəlaləsinə yaxın ərazidə məskunlaşan əhali 1955-ci ildən Düzyengicədə buranın təməlini qoyublar. İndi oralara ancaq yaylağa dönürlər.

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1888 nəfər əhali yaşayır.[3] Kəndin 30 ailəsi hələ də köçəri həyat sürür.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kürdəmirdə 3 min hektar qışlaq sahələri olduğundan qoyunçuluq inkişaf edib. Orada 15 mindən artıq qoyun-quzu var. Kənddə isə iki minə yaxın iri buynuzlu mal-qara saxlanılır.[4]

Ərazidən keçən dağ çaylarının qarşısında bəndin qurulması isə yeni inkişaf layihəsində (2009-2013) öz əksini tapıb. Suvarma üçün yeni su mənbəyinin yaradılması məqsədilə çayların qarşısında su anbarlarının tikilməsi planlaşdırılıb. Yenikəndlə Bılıx arasında su terminalının tikintisi gündəmdədir.[4]

1600 hektar yararlı torpağın 1000 hektarı əhalinin istifadəsində, qalanı bələdiyyə mülkiyyətindədir.[4]

Kənddə 500 nəfər şagirdin təhsil aldığı və 50-dən yuxarı müəllimin çalışdığı orta məktəb fəaliyyət göstərir. Kənddə digər bir məktəb 480 şagird yeri olan, iki mərtəbəli və müasir səviyyədə təchiz olunan yeni tədris korpusu 2004-2008-ci illəri əhatə edən Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramına əsasən şagirdlərin ixtiyarına verilib.[4]

Kənddə Yenikənd kənd məscidi dini icması fəaliyyət göstərir[5].

  1. http://www.azerpost.az/?options=content&id=188.
  2. "Azərbaycan Respublikasının Biləsuvar, Qax, Qəbələ, Yardımlı, Goranboy, Salyan, Samux, Tovuz və Şəmkir rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı". 2022-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-01.
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  4. 1 2 3 4 Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
  5. MÜSƏLMAN DİNİ İCMALAR - 2011-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az  (az.)