Azərbaycanda növbəti parlament seçkiləri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
← 2020  Azərbaycan
Azərbaycanda növbəti parlament seçkiləri
ən gec 3 noyabr 2024
Rəhbər İlham Əliyev Sabir Rüstəmxanlı Fəzail Ağamalı
Partiya Yeni Azərbaycan Partiyası Vətəndaş Həmrəyliyi Partiyası Ana Vətən Partiyası
Rəhbər Elşən Musayev Fazil Mustafa Asim Mollazadə
Partiya Azərbaycan Demokratik Maarifçilik Partiyası Böyük Quruluş Partiyası Demokratik İslahatlar Partiyası
Rəhbər Qüdrət Həsənquliyev Tahir Kərimli
Partiya Ədalət, Hüquq, Demokratiya Partiyası Vəhdət Partiyası

Azərbaycanda növbəti parlament seçkiləri — Azərbaycanda 2024-cü ilin noyabr ayında və ya 2025-ci ilin fevral ayında Azərbaycan Respublikasının Milli Məclisinin VII çağırış üzvlərinin seçilməsi üçün keçirilməsi gözlənən seçkilər.

Majoritar seçki sistemi ilə keçirilən seçkilərdə Azərbaycan Respublkasının Milli Məclisinin 125 deputatının seçilməsi nəzərdə tutulur.

Zəmin[redaktə | mənbəni redaktə et]

COVID-19 pandemiyası[redaktə | mənbəni redaktə et]

II Qarabağ müharibəsi[redaktə | mənbəni redaktə et]

Boş qalan mandatlar[redaktə | mənbəni redaktə et]

Növbədənkənar prezident seçkiləri[redaktə | mənbəni redaktə et]

Müzakirələr[redaktə | mənbəni redaktə et]

Son parlament seçkiləri növbədənkənar olaraq 9 fevral tarixində keçirildiyi üçün növbəti seçkilərin tarixi ilə bağlı daim müzakirələr olmuşdur. 2024-cü ilin ilk yarısında isə növbədənkənar seçkilər keçiriləcəyi iddia edilmişdir. Belə ki, Ədalət, Hüquq, Demokratiya Partiyası sədri deputat Qüdrət Həsənquliyev,[1] Respublikaçı Alternativ Partiyası üzvü deputat Erkin Qədirli,[1] partiyanın icraçı katibi Natiq Cəfərli,[2] sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn,[1] sabiq deputat Abutalıb Səmədov,[2] Azərbaycan Milli İstiqlal Partiyası sədri Arzuxan Əlizadə[1] də anoloji fikirləri səsləndirmişdir.

2 may 2024-cü il tarixində Mərkəzi Seçki Komissiyasının iclası keçirilmiş və ardınca sədr Məzahir Pənahov seçkilərin tarixi ilə bağlı müzakirələrə aydınlıq gətirmişdir. O, qanunvericiliyə əsasən parlament seçkilərinin 2024-cü ilin noyabrında keçirilməli olduğunu qeyd etmiş, lakin həmin ərəfədə ölkədə COP29 tədbirinin keçiriləcəyi üçün seçkilərin önə çəkilməsi ilə bağlı qərarın verilə biləcəyini qeyd etmişdir.[3]

Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn konstitusiya islahatları gözləntilərinin gerçəkləşmədiyini, beləliklə yarış mühitinin olmayacağını, hakimiyyətin bəzi dairələri boş buraxaraq müxalifətə şans tanıyacağını və belə seçkinin isə süni göründüyünü söyləmişdir.[4]

Partiyalardakı vəziyyət[redaktə | mənbəni redaktə et]

Son parlament və prezident seçkilərində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası adı ilə iştirak etmiş partiya 16 mart 2024-cü il tarixində qurultay keçirərək adını Ədalət, Hüquq, Demokratiya Partiyası olaraq dəyişdirmişdir.[5]

Respublikaçı Alternativ Partiyası parlament seçkiləri ilə əlaqədar Seçki Qərargahı yaratmış və partiyanın Siyasi Komitəsinin üzvü Rəsul Cəfərov qərargahın sədri təyin edilmişdir. Qərargah partiya daxili ilkin seçki ilə (praymeriz) namizədlərin müəyyən olunması ilə bağlı işlər yürüdür.[6]

Ağ Partiya, Azad Vətən Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Böyük Quruluş Partiyası, Gələcək Azərbaycan Partiyası və Yeni Zaman Partiyası da seçkilərdə iştirak edəcəyini açıqlamışdır.[7][8]

Seçkilərdən öncə, yəni 4 may tarixində Müsavat Partiyası XI Qurultayını keçirmək qərarı almışdır.[9] Qurultaydan öncəki Məclis toplantısında sədr Nüşabə Sadıqlı sabiq başqan İsa Qəmbərin başqan namizədi olması təklifini irəli sürmüşdür.[10] O zamanadək isə sədr müavini Osman Kazımov və Natiq Ulubəy başqanlığa namizəd olmuşdur. İsa Qəmbər 29 aprel tarixində başqanlığa namizədliyini irəli sürmüşdür,[11] digər namizədlər isə ardınca namizədliklərini geri çəkmişdir.[12][13] 4 may 2024-cü il tarixində keçirilən qurultayda İsa Qəmbər Müsavat Partiyasının yenidən partiyanın başqanı seçilmişdir.[14]

İştirak[redaktə | mənbəni redaktə et]

Respublikaçı Alternativ Partiyası Seçki Qərargahı partiya daxili ilkin seçki ilə (praymeriz) namizədlərin müəyyən olunması ilə bağlı işlər yürütmüşdür. 1 aprel tarixində verilən məlumata görə partiya 16 nəfərin namizədliyini ilkin mərhələdə təsdiq etmişdir.[6] 24 may 2024-cü il tarixində partiyanın icraçı katibi Natiq Cəfərli partiyanın 17 namizədinin siyahısının təsdiqləndiyini, Erkin Qədirlinin 16 saylı seçki dairəsindən namizəd ola biləcəyini açıqlamışdır. Rəsmi olaraq seçkilərin elanından sonra partiya namizədlər siyahısını açıqlayacağını bəyan etmişdir.[15]

Vətəndaş Həmrəyliyi Partiyası 50 seçki dairəsi üzrə namizəd olacaq şəxslərin siyahısını təsdiqləmişdir.[16]

Ağ Partiya, Azad Vətən Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Böyük Azərbaycan Partiyası,[17] Böyük Quruluş Partiyası, Gələcək Azərbaycan Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası,[18] Müasir Müsavat Partiyası,[19]Yeni Zaman Partiyası da seçkilərdə iştirak edəcəyini açıqlamışdır.[7][8]

Respublikaçı Alternativ Partiyası Siyasi Komitəsinin sədri İlqar Məmmədov seçkilərdə namizədliyini 22 saylı Nəsimi-Yasamal seçki dairəsi üzrə irəli sürəcəyini açıqlamış, partiyanı uğura gətirməyəcəyi və ya qələbə üçün yetərli səs qazanmayacağı təqdirdə siyasətdən gedəcəyini elan etmişdir.[20]

Azərbaycan Milli İstiqlal Partiyası sədri Arzuxan Əlizadə 26 saylı Sabunçu birinci seçki dairəsi üzrə,[21] Ağ Partiya sədri Tural Abbaslı 21 saylı Nəsimi-Yasamal seçki dairəsi üzrə,[22][23] Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn isə 68 saylı Sabirabad-Şirvan seçki dairəsi üzrə deputatlığa namizəd olmağı planladığını açıqlamışdır.[24] Gələcək Azərbaycan Partiyası sədri Ağasif Şakiroğlu 8 saylı Binəqədi birinci seçki dairəsindən namizədliyini irəli sürəcəyini açıqlamışdır.[25]

Azərbaycan Milli Məclisinin VI çağırış deputatlarından Ana Vətən Partiyası sədri Fəzail Ağamalı,[26] Vətəndaş Həmrəyliyi Partiyası sədri Sabir Rüstəmxanlı da seçkilərdə iştirak niyyətinin olduğunu açıqlamışdır.[27] Digər deputat, Milli Cəbhə Partiyası sədri Razi Nurullayev də namizədliyini İmişlidən irəli sürəcəyini açıqlamışdır.[28]

Sabiq deputat Lalə Şövkət seçkilərdə iştirak etməyəcəyini açıqlamışdır.[29] Sabiq deputat İqbal Ağazadə seçki dairələrinin yenidən təşkilindən sonra bu dəfə 36 sayıı Suraxanı-Xətai seçki dairəsindən deputatlığa namizəd olacağını açıqlamışdır.[30]

2005-ci il parlament seçkilərində Azadlıq Blokundan, Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü olaraq deputatlığa vahid namizəd olmuş, daha sonra partiyasından istefa vermiş və 2024-cü il prezident seçkilərində İlham Əliyevi dəstəkləmiş Akif İslamzadə təklif alacağı təqdirdə deputatlığa namizəd olmağı dəyərləndirəcəyini açıqlamışdır.[31]

2024-cü il prezident seçkilərində prezidentliyə namizədlərdən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev ya ənənəvi olaraq namizəd olduğu 9-cu, ya da 33-cü Xətai seçki dairəsindən deputatlığa namizəd olmağı planlaşdırdığını açıqlamış,[17] digər namizəd Böyük Quruluş Partiyası sədri, deputat Fazil Mustafa ənənəvi olaraq 26 saylı Sabunçu birinci seçki dairəsi üzrə,[32] digər namizəd, ləğv olunmuş Azərbaycan Liberal Demokrat Partiyası lideri Fuad Əliyevin isə Bakı rayonlarının birindən namizədliyini irəli sürəcəyi açıqlanmışdır.[33]

2023-cü ildə fəaliyyətini dayandırmış partiyalardan Azərbaycan Liberal Partiyasının sabiq sədri Əvəz Temirxan 23 saylı Nəsimi-Səbail və Aydınlar Partiyasının sabiq sədri Qulamhüseyn Əlibəyli 73 saylı seçki dairəsindən deputatlığa namizəd olacaqlarını açıqlamışdırlar.[34] Bununla belə, fəaliyyətini dayandırmış Azərbaycan Naminə Alyans Partiyasının sabiq sədri Abutalıb Səmədov isə seçki dairəsi bağlı qərar verməsə də deputatlığa namizəd olacağını açıqlamışdır.[34] Fəaliyyətini dayandırmış Vətəndaş və İnkişaf Partiyasının sabiq sədri Əli Əliyev isə səhhəti ilə bağlı məsələlər səbəbindən seçkilərlə maraqlanmadığını açıqlamışdır.[34]

Seçki sistemi[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 "Növbədənkənar parlament seçkiləri..." Pravda.az. 2024-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-22.
  2. 1 2 "Parlament seçkiləri, yoxsa referendum?". Məhəmməd Ərsoyun BLOQU. 2024-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-22.
  3. "Məzahir Pənahov: Noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər | Report.az". report.az. 2024-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-03.
  4. ""BELƏ SEÇKİ OLMUR, ÇOX SÜNİ GÖRÜNÜR..."". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-16.
  5. moderator.az. "BAXCP-nin adı dəyişdirldi – ƏHD Partiyası adlanacaq". moderator.az (az.). 2024-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-18.
  6. 1 2 BestApp.az. "REAL deputatlığa namizədlərini müəyyənləşdirir". -Yeni Sabah- (az.). 2024-04-01. İstifadə tarixi: 2024-04-11.
  7. 1 2 bizim.media. "Partiyalar parlament seçkilərinə necə HAZIRLAŞIR? – SORĞU". bizim.media (az.). 2024-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-11.
  8. 1 2 Bakupost.az. "Müxalifət seçkiyə hazırlaşır: "Hətta seçki qərargahı da yaratmışıq" - Sorğu". www.bakupost.az (az.). İstifadə tarixi: 2024-04-17.
  9. Gudratli, Rufat. "Müsavat qurultay çağırdı: İsa Qəmbər başqanlığa qayıdır?". Cebhe Info (az.). İstifadə tarixi: 2024-04-22.
  10. "Müsavat qurultay çağırdı: İsa Qəmbər başqanlığa qayıdır?". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-03.
  11. "İsa Qəmbər rəsmən namizəd oldu — Foto". Qafqazinfo (az.). 2024-04-29. 2024-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-03.
  12. "Osman Kazımov geri çəkildi - "İsa Qəmbərin qərarı ilə..."". Teleqraf.com (az.). 2024-04-30. 2024-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-03.
  13. modern.az. "İsa Qəmbər Müsavat başqanlığına yeganə namizəd olacaq". modern.az (az.). İstifadə tarixi: 2024-05-03.
  14. "İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib - YENİLƏNİB". apa.az. 2024-05-04. 2024-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 may 2024.
  15. "ReAL-ın 17 namizədi bəlli oldu, siyahıda kimlər var? – Erkin Qədirli kənarda qalacaq?". Pravda.az. 2024-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-24.
  16. Qocayev, İsmayıl. "Partiyalar erkən parlament seçkilərinə hazırlaşır". sherg.az (az.). 2024-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-11.
  17. 1 2 "Elşad Musayev deputatlığa namizəd olacaq?". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  18. ""Mənim məsələm dəqiq deyil, amma..." » Məhəmməd Ərsoyun BLOQU". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  19. "Bu seçkilərdə partiyamız parlament partiyası olacaq". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  20. ""Deputat olmasam siyasətdən gedəcəm" - » Gundeminfo.az". Gundeminfo.az. İstifadə tarixi: 2024-04-11.
  21. "AMİP sədri deputatlığa namizəd olacaq?". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-03.
  22. ""Deputat olmaq şansım var"". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-16.
  23. "Tural Abbaslı seçkilərə hansı dairədən qatılacaq?". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
  24. demokrat.az. "Pənah Hüseyn bu dairədən namizəd olacaq — Özü açıqladı". demokrat.az (ingilis). 2024-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
  25. ""Parlamentdə çoxluq təşkil edən partiyalardan biri olacağıq" » Məhəmməd Ərsoyun BLOQU". Məhəmməd Ərsoyun BLOQU. İstifadə tarixi: 2024-05-28.
  26. "Yaşı 70-i ötmüş deputatlardan kimlər seçkiyə gedir?". musavat.com (az.). 2024-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-16.
  27. "Sabir Rüstəmxanlı seçkiyə gedəcək?". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  28. ""Partiyada bir neçə aydır ki, seçki hazırlıqları gedir"". Məhəmməd Ərsoyun BLOQU. İstifadə tarixi: 2024-05-28.
  29. Gudratli, Rufat. "Lalə Şövkət deputatlığa namizəd olub-olmayacağına cavab verdi". Cebhe Info (az.). 2024-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-18.
  30. "İqbal Ağazadə deputat olmaq istəyir:". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
  31. ""Parlament seçkilərində namizədliklə bağlı təklif alsam, baxarıq..." » Məhəmməd Ərsoyun BLOQU". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-18.
  32. "Fazil Mustafa deputatlığa yenidən namizəd olacaq?". Məhəmməd Ərsoyun BLOQU. İstifadə tarixi: 2024-05-28.
  33. "Keçmiş prezidentliyə namizəd parlament seçkilərinə qatılacaq?". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-24.
  34. 1 2 3 "Özünü buraxan partiyaların sədrləri deputat olmaq istəyirlər?". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.