Abasbəyli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Abasbəyli
39°01′00″ şm. e. 48°36′00″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 760 nəf.
Xəritəni göstər/gizlə
Abasbəyli xəritədə
Abasbəyli
Abasbəyli

AbasbəyliAzərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Yeyənkənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Abasbəyli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[1]

Toponimiyası

1933-cü ildə DəvəçiSabirabad rayonları ərazisində də Abasbəyli kəndləri qeydə alınmışdır. Bu oykonimlər abasbəyli etnonimi ilə bağlıdır.[2]

Tarixi

Kəndin tarixi XVIII əsrdən başlanır. XVIII əsrdən Viləş çayı kənarında məskən salmışlar. Sonralar çayın selindən qorunmaqdan ötrü çaydan biraz aralıda yerləşmişlər.

Əhalisi

Əhalisi 760 nəfərdir.[3] Kənd əhalisini azərbaycanlılar təşkil edir.

Coğrafiyası və iqlimi

Bu kənd Lənkəran ovalığında, Viləş çayı sahili və dağətəyi zonada yerləşir. Qonşu kəndləri şimal-şərqdə Masallı yolu üzərində Yeyənkənd kəndi, Cənubdan Xəlfələr, şimal-qərbdən Tatyan, cənub-şərqdən Allahyarlı ilə əhatə olunmuşdur. Abasbəyli kəndi suptropik iqlimdə yerləşir.

İqtisadiyyatı

Kəndin öz iqtisadiyyatı demək olar ki, yoxdur. Əhalinin bir qismi əkinçilik, bir qismi heyvandarlıqla məşğuldur. Əhalinin bir hissəsi Rusiyada (əsasən Kazan şəhəri) ticarətlə məşğuldur.

İstinadlar

  1. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
  2. Abasbəyli // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  3. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.

Həmçinin bax