Qəhqəhə qalası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qəhqəhə qalası
fars. قلعه قهقهه
Xəritə
38°45′08″ şm. e. 47°32′31″ ş. u.
Ölkə İran İran
Yerləşir Meşkinşəhr şəhristanı, Ərdəbil ostanı
Aidiyyatı Səfəvilər
Qəhqəhə qalası (İran)
Qəhqəhə qalası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qəhqəhə qalası (Qah Qah Qalası)İranın Meşkinşəhr (Xiyav) ilə Qaradağ vilayəti arasında tarixi qala.

Tarixi[redaktə | mənbəni redaktə et]

Babək dövründə müdafiə məqsədilə istifadə edilən bu qala Səfəvilər dövründə zindana çevrilib. Qalada həmçinin sultanların xəzinəsinin gizlədildiyi deyilir. Bu yolu çıxmaq isə çox çətindir.

Qədimdə adət imiş. Əzizi, oğlu, qardaşı olsa belə, sultanlar taxta real təhlükə gördükləri insanı ya zindana saldırar ya da qətlə yetirərmiş. Qəhqəhə qalası da Şah İsmayılın nəvəsi II İsmayılın 19 il burada saxlanılması ilə məşhurdur. Qəhqəhə qalasını təkcə I Şah Təhmasibin öz oğlunu burada saxlaması məşhurlaşdırmayıb, bura həmçinin özünün qeyri-adi zindanı ilə məşhurdur.

Qala Meşkinşəhrdən təxminən 85 kilometr uzaqda yerləşir. Dağın ətəyindən tam orta hissəyə kimi daşlardan pillələr düzülüb.

Burada istifadə edilən kərpiclərə Sasani dövründən qalma abidələrdə də rast gəlinir. Bu da Qəhqəhə qalasının tarixinin hələ Sasanilər dövrünə gedib çıxdığı ehtimalını ortaya qoyur. Bu qalada 20 nəfərin bir ordunun qarşısını alması barədə mif də var.

" Qəhqəhə qalası özü təbii formada bir bütöv daşdandır. Bu tikililəri onun üstündə tikiblər. Çətin keçiləndir. O zaman buranı keçmək hər adamın işi deyildi. 20 əsgər bir ordunun qabağında dayana bilərdi. Heç silah da lazım deyildi. Daş da atsaydılar, onların qarşısını ala bilərdilər. "

Deyirlər, bu qalanın adı burada qəhqəhə çəkərkən dağların o tayında əks-səda verdiyi üçün belə qoyulub. Bəzi mənbələrdə qəhqəhə əzab-əziyyət çəkən mənası da verir. Qala Babək dövründə müdafiə məqsədilə istifadə edilib. Bəzz qalasında işarə vermək məqsədilə yandırılan tonqalın tüstüsü, işığı buradan aydın görünürmüş.

Şah Təhmasibin oğlu II İsmayıl 19 il 6 ay 21 gün bu zindanda məhbusluq həyatı keçirib. II İsmayıl adı ilə tanınan İsmayıl Mirzə on dörd yaşlı gənc ikən siyasət səhnəsinə atılıb. Özünün cəsarətli, sürətli həmlələri ilə düşməni dəhşətə saldığı üçün onu "Dəli İsmayıl" adlandırırmışlar. Amma İsmayıl Mirzənin bu möhtəşəm qələbələri və şöhrəti Təhmasib üçün təhlükə yaradır, üstəlik bir sıra hərəkətləri şahı özündən çıxarır və nəticədə II İsmayıl həbs olunur. Bu qalada həbsdə qaldığı müddətdə narkotik maddələrə qurşanması atasının ölümündən sonra hakimiyyəti ələ keçirməyə və 2 il taxtda əyləşməyə mane olmur.

Burada bir neçə başqa zindanlar da olub. O dövrdə qalada yağış və qar sularının toplanması məqsədilə 17 su quyusu qazılıbmış. Bu quyular su tələbatının ödənilməsi məqsədi daşıyırdı. Bundan başqa bu çalalarda düyü və buğdanı həvəngdəstədə olduğu kimi döyürlərmiş.

Qəhqəhə qalası şahın xəzinənin saxlanması məqsədilə də istifadə edilib. Tarixi mənbələrə əsasən İsmayılın məhbusluğu dövründə qaladan qızıl və gümüş külçələr yoxa çıxıb. Qala rəisi Həbib bəy Ustaclı külçələrin yoxa çıxmasında şahzadə İsmayılı günahlandırır. İsmayıl isə bu işdə Həbib bəyin qızının təqsirkar olduğunu söyləyir. Qızılbaş tayfaları arasında düşmənçilikdə buradan başlayır. Qəhqəhə qalasından xəzinənin yoxa çıxmasından sonra tfalar arası mübarizə Səfəvilər dövlətini hər zaman zəiflədib.

Qalanın komendantları[redaktə | mənbəni redaktə et]

Qalada dustaq olan məşhur şəxslər[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh.
  • Ənvər Çingizoğlu, Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]