Çöl Qala məscidi

Çöl Qala məscidiXIX əsrdə Şuşanın Çöl Qala məhəlləsində tikilmişdir.

Çöl Qala məscidi
Çöl qala bulağı və məscidi
Çöl qala bulağı və məscidi
Xəritə
39°45′51″ şm. e. 46°45′13″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Şuşa
Yerləşir Kuybışev küçəsi, 11
Aidiyyatı Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu
Tikilmə tarixi XIX əsr
Üslubu Arran memarlıq məktəbi
Vəziyyəti dağıdılmış vəziyyətdədir
UNESCO Ehtiyat Siyahısı
TipiMədəni
Kriteriyai,iv,v,vi
Təyin edilib2001
İstinad nöm.1574
DövlətAzərbaycan
RegionAvropa
İstinad nöm.5103
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli
Çöl Qala məscidi (Azərbaycan)
Çöl Qala məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Düzbucaqlı plandakı Şuşa məscidləri (XVIII-XIX əsrlər)̠ məhəllə meydanlarının ayrılmaz və ən başlıca komponentləri idilər. Müxtəlif cizgili enli tağları olan (Mərdinli məscidi, Quyuluq məscidi, Köçərli məscidi) və ya müstəvi səpkisində işlənmiş (Çöl Qala məscidi, Seyidli məscidi, Mamay məscidi) həcm-fəza eyvanı şəklində qurulan əsas girişin səmti meydanın planlaşdırılmasından və relyefindən asılı olurdu. Məscidlərin fəza təşkili əsasən iki tipə bölünürː birinci tipin fəza təşkili sütunlar üzərində tağbəndli və tağlı ibadət zalının üçnefli hissələnməyə malikdir, ikinci tip məscidlər isə yastı örtüklü bir bütöv həcm şəklində təqdim olunur. Şuşanın məhəllə məscidlərinin interyerində bütün memarlıq bəzəkvurma tsiklindən — polixrom divar boyakarlığından, Quran yazılarından, yapma bəzəklərindən istifadə olunur.[1]

  1. Rayihə Əmənzadə. Azərbaycan Memarlığı XV-XIX əsrin əvvəllərində. III (1000 nüs.). Bakı: Şərq-Qərb. 2013. səh. 220. ISBN 978-9952-32-020-6.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]