Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası və ya Məscidli karvansara — Şuşa şəhərinin M. F. Axundov küçəsi, 31 ünvanında yerləşən karvansara.[2][3] Karvansara Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır.
Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası | |
---|---|
39°44′ şm. e. 46°44′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Şuşa |
Yerləşir | M.F.Axundov küçəsi, 31 |
Aidiyyatı | Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu |
Tikilmə tarixi | XIX əsrin 80-ci illəri |
Üslubu | Arran memarlıq məktəbi |
Vəziyyəti | 2023-cü ildə bərpa olunub, Şuşa Yaradıcılıq Mərkəzi kimi istifadə olunur[1] |
UNESCO Ehtiyat Siyahısı | |
Tipi | Mədəni |
Kriteriya | i,iv,v,vi |
Təyin edilib | 2001 |
İstinad nöm. | 1574 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 353 |
Kateqoriya | Qala |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Karvansara XIX əsrin 80-ci illərində məşhur şuşalı tacir Ağa Qəhrəman Mirsiyab oğlunun vəsaiti hesabına inşa edilmişdir. Sıdırım qayanın kənarında yerləşən karvansaranın əsas fasadı Şuşanın mərkəzi ticarət küçəsi olan Rasta bazar küçəsinə açılır. Binanın ikinci mərtəbəsində tacirlər üçün nəzərdə tutulmuş 25 otaq, birinci mərtəbəsində ticarət kontorları və 30-a yaxın mağaza yerləşirdi. SSRİ dövründə karvansara Kolxoz bazarı kimi istifadə edilmişdir.
Karvansara XIX əsrin 80-ci illərində məşhur şuşalı tacir Ağa Qəhrəman Mirsiyab oğlunun vəsaiti hesabına inşa edilmişdir.[4] Şuşanın tarixi və mədəniyyət abidələrinə həsr edilmiş əsərində Firudin Şuşinski yazır:
XIX əsrin sonlarında Şuşada on karvansara fəaliyyət göstərirdi. Onların arasında Hacı Abbasın, Qatırçı Muradın, Mirsiyab oğlunun karvansaraları, o cümlədən, Şeytan bazar və Xanlıq Muxtar karvansaraları seçilirdilər. Lakin, şəhərin ən yaxşı karvansarası Mirsiyab oğlu Məşədi Şükürün karvansarası idi. Bu əzəmətli bina XIX əsrin 80-ci illərində inşa edilmişdi. Binanın memarlıq ansamblı istər-istəməz diqqət çəkir. |
Şəhər Meydanının qərb hissəsində inşa edilmiş Mirsiyab oğlu karvansarası həm də məscidli karvansara kimi tanınırdı.[6] Karvansarada bir neçə ticarət kontoru, otuza yaxın böyük və kiçik mağaza yerləşirdi. Bunlardan əlavə karvansarada bərbər, çəkməçi, dərzi, papaqçı və sair emalatxanalar da fəliyyət göstərirdi.[7] Mirsiyab oğlu karvansarasına Qarabağın hər tərəfindən, o cümlədən digər Qafqaz ölkələrindən, İran və Rusiyadan mallar gətirilirdi.[7]
Abidə 1992-ci il may ayının 8-dən 2020-ci il 8 noyabra qədər Ermənistan Respublikasının Hərbi Qüvvələrinin işğalı altında idi.[8][9] İkinci Qarabağ müharibəsi çərçivəsində Şuşa şəhəri 8 noyabr 2020-ci il tarixində Azərbaycan ordusu tərəfindən azad edilmişdir.[10]
Sıdırım qayanın kənarında yerləşən karvansaranın əsas fasadı Şuşanın mərkəzi ticarət küçəsi olan Rasta bazar küçəsinə açılır. Karvansaradan bəhs edən Qarabağ tarixçisi Baharlı "Qarabağ hadisələri" adlı xronikasında binanın Şuşanın memarlıq simasının əsas xüsusiyyətlərini özündə əks etdirdiyini göstərir.[11]
Ağa Qəhrəman Mirsiyab oğlu karvansarası özünəməxsus memarlıq xüsusiyyətləri və planlaşdırması ilə fərqlənən iki mərtəbəli böyük binadır.[4] Binanın ikinci mərtəbəsində tacirlər üçün nəzərdə tutulmuş 25 otaq, birinci mərtəbəsində ticarət kontorları və 30-a yaxın mağaza yerləşirdi.[4]
İkinci mərtəbədə binanın künc tərəfində tacirlər və qonaqlar üçün məscid də inşa edilmişdi.[4] Məscidin üç nefli ibadət zalı bir çox Şuşa məscidləri kimi Şuşa memarlığı üçün xarakterik olan səkkiz guşəli sütunlar üzərində dayanan oxvari tağ-tavanla örtülmüşdü. İbadət zalı 8.36x9.22 metr ölçüyə malikdir.[4]
Məscidin divarları zövqlə işlənmiş nəfis qabartmalarla bəzədilib. Mehrabın yeddi guşəli oxvari nişi də incə qabartmalarla bəzədimişdir. E. Avalov qeyd edir ki, Karvansara daxilində məscid yerləşməsi oxşar tipli binaların inşa praktikasında yeganə hal olmaqla, bütün İslam memarlığında analoqa malik deyildir.[4]