Şuşa Dövlət Rəsm Qalereyası — 1982-ci ildən 1992-ci ilə qədər Şuşada fəaliyyət göstərib.[2] 1992-ci ildən Bakı şəhərində fəliyyətini davam etdirir. İşğaldan sonra muzeyin eksponatları talanıb.[3] Binanın özü isə bir müddət baxımsız qalıb.
Şuşa Dövlət Rəsm Qalereyası | |
---|---|
Fəaliyyəti | Əsərlərin bərpası və qorunması |
Yaranma tarixi | 1982 |
Yarandığı yer | Azərbaycan Şuşa |
Fəaliyyət göstərdiyi yer | Bakı, Azərbaycan, İ.Hidayətzadə küçəsi 16, keçmiş Montin parkı[1] |
Sədr | Anar Cəbizadə |
azgallery.az |
Rəsm qalereyasının fondunda 50 rəngkarlıq, 30 qrafika əsərləri nümayiş olunur. Qalereyanın təşəbbüsü ilə Şuşanın tarixi abidələri, mənzərələri rəsm əsərlərində öz əksini tapmışdır. Qalereyanın nəzdində gənc istedadlar qrupu fəaliyyət göstərir. Təhsil alan tələbələrin əl işləri respublika və ümumittifaq sərgilərində yüksək yerlərə və mükafatlara layiq görülüb. Hər il mütəmadi olaraq sərgilər təşkil edilir. 2013-cü ildə Şuşa Rəsm Qalereyasının hazırladığı sərginin İtaliyada nümayişi keçirilib. Şuşa Dövlət Rəsm Qalereyası Şuşanın mədəniyyətini daim qoruyur və yeni əsərlərlə zənginləşdirir.[4]
1992-ci ildə Şuşa işağl olunanda qalereyadan yalnız 8 əsəri çıxarmaq mümkün olub. Şuşanın işğalda olduğu 28 il ərzində Şuşa Dövlət Rəsm Qalereyasının fondundakı əsərlərin sayı 600-ə çatıb.[5]