Əlibəyovların evi

Əlibəyovların eviBakı şəhəri Rza Quliyev döngəsi 4 (keçmiş Karaulnıy döngəsi 4) və Süleyman Tağızadə küçəsi 60 (keçmiş Poçtovaya küçəsi 60) ünvanında yerləşən yaşayış evi.

Əlibəyovların evi
Rza Quliyev 4 ünvanında yerləşən ev
Əlibəyovların evi 2016-cı ildə
Evin blokunun interyeri
Xəritə
40°22′14″ şm. e. 49°49′48″ ş. u.
Ölkə Azərbaycan Azərbaycan
Yerləşir Rza Quliyev döngəsi, 4
Memar Nikolay Prokofyev
Sifarişçi Rza bəy Əlibəyov
Tikilmə tarixi 1903

Mülkü tikdirən Rza bəy Əlibəyov Kazanda tibb təhsili alıb. Sonradan isə Peterburqdan hüquq fakultəsini qızıl medalla bitirib. Bu medalla onu şəxsən imperator II Nikolay təltif etmişdi. Məhz Peterburqda təhsil aldığı zaman o memar Nikolay Prokofyev ilə tanış olur. Sonradan isə ağlında olan malikanəni məhz tanışı Nikolaya tikdirir.[1] Bina 1903-cü ildə akademik N.Prokofyevin layihəsi üzrə inşa edilmişdir. Künc ərazidə uğurla yerləşən varlı malikanə üslubuna aiddir. Relyefdə bina istər həcmli modelləşdirilməsi istərsə də arxitektur şərhi ilə şəhərin tarixi məhəllələr strukturuna daxil edilmiş və yaşayış evinin yüksək estetik səviyyədə həllinin maraqlı nümunəsi kimi çıxış edir. Burada "şüşəbənd" formasında yerli memarlığın klassik üsulları və həcmli elementlərindən istifadə edilmişdir ki, bu da özünəməxsus memarlıq kompozisiyasının yaranmasını şərtləndirmişdir. Forma və elementlərinin zənginliyi, üsul və heykəltaraşlıq motivlərinin müxtəlifliyi malikanənin bədii tərəfini açmışdır. Piləkən qəfəsinin və divar naxışları, zəngin yapmalar ilə olan yaşayış yerlərinin interyerləri diqqəti cəlb edir, onlar, həndəsi şəklin dolğun plafonu ilə olan şərqi otaq və stalaktit karniz məxsusi olaraq böyük zövqlə yerinə yetirilmişdir. Bina Peterburq memarının yaradıcılığında mühüm yer tutur, memarlıq irsinin bir hissəsi və memarlıq abidəsidir.[2]

  1. Галина МИКЕЛАДЗЕ. "История одного здания, или Пара слов о еще одном шедевре старого Баку" (rus. ). 1news.az. 17 oktyabr 2012. 11 aprel 2019 tarixində arxivləşdirilib.
  2. Şamil Fətullayev. Bakının Memarlıq Ensiklopediyası (PDF). Bakı: "Şərq - Qərb" Nəşriyyat Evi. 2013. səh. 302. ISBN 978-9952-32-020-6; 978-99-52-32-064-0.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]