Oğruca - İrəvan xanlığının Göyçə mahalında, indiki Basarkeçər (Vardenis) rayonunun ərazisində kənd olmuşdur.[1]
kənd | |
Oğruca | |
---|---|
40°17′00″ şm. e. 45°47′00″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | [[Göyçə mahalı]] |
Rayon | [[Basarkeçər rayonu]] |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
Basarkeçər rayonundakı Qaraiman kəndinin yanında yerləşirdi. İndi xaraba kənddir.
Z.Qorqodoyan Göyçə mahalında ləğv edilən kəndlərin sırasında Oğruca kəndinin də adını Ağrıca kimi çəkir[2].
İ.Şopenin əsərində də Göyçə mahalında ləğv edilmiş kəndlərin siyahısında Oğruca kəndinin adı Ağrıca formasında qeyd edilir[3].
Toponim oğuzlardan olan oğur türklərinin adı əsasında əmələ gəlmişdir. Bu tayfa haqqında Rəfik Özdək yazır: «Oğur və oğuz sözləri eyni mənalıdır. Oğuzların qardaşı olan oğurlar onlardan miladda öncəki zamanlarda ayrılmışdır. Qərbə doğru yayılanların dilində «z» hərfinin yerini zamanla «r» hərfi almışdır. Onun üçün qərb türklərinə (Oğuzlara) «r»-lı danışanlar», Şərq oğuzlarına isə «z»-lı danışanlar deyilmişdir»[4].
Toponimdəki -ca şəkilçisi çoxluq mənasını ifadə edir.
Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.