Qızılvəng — Göyçə mahalının Basarkeçər rayonunda kənd.[2]
Qızılvəng | |
---|---|
40°07′26″ şm. e. 45°36′39″ ş. u. | |
Ölkə | Ermənistan |
Rayon | Basarkeçər rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 2.200 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili |
|
Vikianbarda əlaqəli mediafayllar |
Kənd rayon mərkəzi Basarkeçərdən 17 km məsafədə yerləşir. 27 aprel 1946-cı ildə isə Çiçəkli adlandırılmışdır. 1978-ci ildə kənd ermənicə Makenis adlandırılmışdır.
Qızılvəng İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 15 km cənub-şərqdə, Alagöz çayının yanında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə,[3] Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.[5]
Toponim qırmızı mənasında işlənən qızıl və kilsə sözünün sinonimi olan vəng sözlərinin birləşməsindən əmələ gəlmişdir. Kənddə albanlara məxsus qırmızı rəngdə kilsə olduğu üçün Qızılvəng (Qızılkilsə) adlandırılmışdır. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 24. VII.1940-cı il fərmanı ilə adı dəyişdirilib Çiçəkli, 25.l.1978-ci il fərmanı ilə yenidən dəyişdirilərək Makenis qoyulmuşdur.
Kənddə 1873-cü ildə 429 nəfər, 1886-cı ildə 469 nəfər, 1897-ci ildə 563 nəfər, 1908-ci ildə 733 nəfər, 1914-cü ildə 812 nəfər, 1916-cı ildə 807 nəfər azərbaycanlı yaşamışdır.[6] 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. Kənddə İran və Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə qayıda bilmişlər. Burada 1922-ci ildə ermənilərlə yanaşı 168 nəfər, 1926-cı ildə 241 nəfər, 1931-ci ildə 282 nəfər azərbaycanlı yaşamışdır.[7] 1948-ci ildə əhalisi Azərbaycana köçürüldükdən sonra kənddə ermənilər yerləşdirilmişdir.