Kefli və ya İkinci Qoşabulaq — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Basarkeçər rayonu ərazisində kənd olmuşdur.[1]
Kənd | |
Kefli | |
---|---|
Ölkə | Ermənistan |
Region | Göyçə mahalı |
Rayon | Basarkeçər rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
Rayon mərkəzindən 8 km cənub-qərbdə, Qoşabulaq kəndinin yaxınlığında yerləşmişdir. Erməni mənbələrində kəndin adının Qırxbulaq, Kefli olduğu da göstərilir[2].
Toponim Azərbaycan dilində «cüt» mənasında işlənən qoşa sözü ilə bulaq hidronimi əsasında əmələ gəlmişdir. «İkinci» fərqləndirici əlamət bildirir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Kənddə 1897-ci ildə 178 nəfər, 1908-ci ildə 262 nəfər, 1914 - cü ildə 274 nəfər, 1916-cı ildə 244 nəfər azərbaycanlı, eyni zamanda kürdlər yaşamışdır[3].
1918-1919 - cu illərdə kəndin əhalisi ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. 1922-ci ildə burada 59 nəfər əhali qeydə alınmışdır[4].
Keflidə 1919-cu ildə Andronikin quldur dəstəsi əhalını qılıncdan keçirmiş, var-dövlətini talamışlar, Kənd xarabalıga çevrilmişdir.[5]
1923 - cü ildən sonra kənd xarabalığa çevrilmiş, Kəndin əhalisi Qoşabulaq kəndinə köçmüşdür. İndi ölü kənddir.