Çamırlı (Göyçə)

Çamırlıİrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd.

Çamırlı
Ölkə  Ermənistan
Rayon Basarkeçər rayonu

Çamırlı Qızılvəng kəndinin yaxınlığında, Alagöl çayının yanında yerləşirdi. Qafqazın 5 verstlik xəritesində qeyd edilmişdir[1].

Kənddə 1873-cü ildə 244 nəfər, 1886-cı ildə 329 nəfər, 1897-ci ildə 374 nəfər, 1908-ci ildə 491 nəfər, 1914-cü ildə 632 nəfər, 1916-cı ildə 541 nəfər azərbaycanlı yaşamışdır[2]. 1918-ci ilin yazında kəndin sakinləri ermənilər tərəfindən qırğınlarla qovulmuşlar.

1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. Burada 1922-ci ildə 42 nəfər azərbaycanlı yaşamışdır[3]. Kənd 1929-cu illərdə ləğv edilmişdir.

Toponim təkə adlı türk tayfasının bir tirəsini təşkil edən çomur//çomrı etnonimi[4][5] əsasında formalaşmışdır. -lı mənsubluq bildirən şəkilçidir. «Çamır/çamur tayfasına mənsub yer» deməkdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.

24 yanvar 1919-cu ildə Göyçə mahalının Çamırlı kəndinə basqın edən daşnak terrorçuları dörd kişinin başını, altı qadının döşlərini kəsərək on nəfər dinc sakini vəhşicəsinə qətlə yetirmişlər[6].

  1. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.279
  2. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.26-27, 112-113
  3. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.112-113
  4. Атаниязов С. Словарь туркменских этнонимов, Ашхабад, «Ылым», 1988. s.130
  5. Necdet Sevinç. Gaziantep'te yer adları ve türk boylan, aşiretleri, türk oymakları. - Türk dünyası araştırmaları, 1983, № 26. s.88
  6. Əlisahib Əroğul. “Erməni-daşnaq faşizmi və Azərbaycan” (bədii publisistika). Bakı, “Təhsil”, 2007-ci il.