Qızılxaraba — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd.[ 1] [ 2] [ 3]
Bu adın digər istifadə formaları üçün bax:
Qızılxaraba .
Əyricə kəndinin yanında, Arxaşan və Əbdülasar dağları arasında yerləşir. Qafqazın 5 verstlik xəritəsində[ 4] qeyd edilmişdir.
Toponim qırmızı süxurlu ərazini, torpağı bildirən qızıl və xaraba sözlərinin birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir.
1831-ci ildə kənddə 357 nəfər erməni yerləşdirilmiş[ 5] və ondan sonra azərbaycanlılar tədricən sıxışdırılıb çıxarılmışdır. Kənddə 1873-cü ildə 188 nəfər, 1886-cı ildə 136 nəfər,1897-ci ildə 125 nəfər, 1908-ci ildə 215 nəfər, 1914-cü ildə 421nəfər, 1916-cı ildə 249 nəfər yalnız azərbaycanlı yaşamışdır[ 6] . 1918-ci ilin mart ayında kəndin sakinləri ermənilər tərəfindən vəhşicəsinə qovulmuşdur. Kənddə 1930-cu illərə kimi heç kim yaşamamışdır. 1930-cu ildən sonra buraya ermənilər köçürülmüşdür[ 7] .
↑ PDF versiyası . // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov ; Redaktorları: B. Ə. Budaqov , H. İ. Mirzəyev , S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
↑ Будагов, Б. Ә. ; Гејбуллајев, Г. Ә. // . : . 1998. с. 233.
↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s. 133
↑ ERmənistann azərbaycanlılarının tarixi coğrafiyası. Bakı, 1995.
↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s. 66–67, 140–141
↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.64
Şəhərlər Rayonlar (1930–1995) Mahallar