Canəhməd

Canəhməd (?-3 iyul 1969), Günəşli (3 iyul 1969 – 19 aprel 1991), Kutakan (19 aprel 1991-indi) — Göyçə mahalının Basarkeçər rayonunda kənd.

Canəhməd
40°16′04″ şm. e. 45°50′21″ ş. u.HGYO
Ölkə
Region Geğarkunik mərzi
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 2.150 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 288 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Canəhməd xəritədə
Canəhməd
Canəhməd
Canəhməd xəritədə
Canəhməd
Canəhməd

Canəhməd İrəvan quberniyasının Novobayazid qəzasında kənd olub. Canəhməd kəndi XVI əsrin (1510–1515) əvvəllərində yaranmışdır. Kəndin adı yarandığı ilk gündən, 1988-ci ilə qədər üç dəfə dəyişdirilmişdir. Kəndin ilk adı 1780–1785-ci illərə qədər Sultanəli qışlağı olmuşdur. Kəndin ikinci adı 1969-cu ilin 3 iyuluna qədər Canəhməd olmuşdur. Kəndin üçüncü adı 1988-ci ilin dekabrına qədər Günəşli olub. Kəndin indiki ərazisi qışlaq olmuşdur. Azərbaycanın müxtəlif rayonlarından həmin qışlağa gələrlərmiş. Həmin adamlardan biri də çox varlı və dövlət sahibi olan Sultanəli kişi olmuşdur. Kəndin keçmiş və birinci adı olan Sultanəli qışlağı da oradan yaranmışdır. Kəndin ikinci adı bu yaylaqda yaşayan və bir qızla sevişən Əhməd adlı oğlanın adı ilə bağlıdır. Bu hadisədən xəbər tutan qızın qardaşları Əhmədi öldürürlər. Yaralı halda can verən Əhmədi görən sevgilisi, "can Əhməd ölmə" — deyərək ah nalə ilə onun üstünə yıxılıb ağlayır. Canəhməd sözü də oradan yaranmışdır. Erməni daşnaqlarının apardıqları antitürk siyasətinin təsiri nəticəsində Canəhmədin, eləcə də bütün Basarkeçər rayonunun bir neçə kəndləri istisna olmaqla rayon mərkəzinin və bütün kəndlərin adları dəyişdirildi. Ermənistan SSR AS RH-nin 3 iyul 1969-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Günəşli, Ermənistan prezidentinin 19 aprel 1991-ci il fərmanı ilə yenidən adı dəyişdirilib Kutakan adlandırılmışdır. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Aralıq nahiyəsində qışlaq kimi qeyd olunmuşdur. Kənd rayon mərkəzi Basarkeçərdən 14 km. şimal-şərqdə, Ağ yoxuş aşırımının ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində Canəhməd kəndi kimi öz əksini tapmışdır.

1930–1932-ci illərdə kənddə dövlət tərəfindən məktəb açılmışdır. 1930–1932-ci illərdən 1955-ci ilə qədər ibtidai (I–IV), 1955-ci ildən 1970–1971-ci illərə qədər natamam orta (VIII), 1970–1971-ci illərdən 1988-ci illərə qədər ortq məktəb (X) olmuşdur. Məktəbin inzibati binası olmadığı üçün dərslər kəndin müxtəlif yerlərində keçirilərdi.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Günəşli kəndi üçün soyuq iqllim şəraiti keçərli olub, ilin yarısı qarlı keçir. Kənd çox münbit torpaq resurslarına, bol içməli su ehtiyatlarına, gözəl və zəngin təbiətə malikdir. Kəndin dağları təbii minerralarla zəngindir. Civə və dəmir ehtiyatları Sovet dövründə aşkarlanmışdır.

Kəndin 3500 hektardan çox torpağı olmuşdur. Onlardan 1800 hektarı əkənək, 1200 hektarı biçənək, qalan 500 hektarı isə otaraq sahəsi olmuşdur.

Kəndin ərazisində Türk toponimlərindən ibarət müqəddəs ad yerləri vardır: Qıvla bulağı, Çənli bulaq, Lilparlı bulaq, Xoruz bulağı, Nənoy bulağı, Babış əkən sərnə, Qurban əkən sərnə, Məmmədalı kişinin komları və İsgəndər kişinin komlarını göstərmək olar.

Kənddə 1873-cü ildə 245 nəfər, 1886-cı ildə 348 nəfər, 1897-ci ildə 442 nəfər, 1908-ci ildə 422 nəfər, 1914-cü ildə 523 nəfər, 1916-cı ildə 475 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ildə azərbaycanlılar qırğınlarla ermənilər tərəfindən qovulmuşlar. 1920-ci ildə indiki Ermənistanda sovet hakmiyyəti qurulandan sonra azərbaycanlılardan sağ qalanları yaranan sakitlikdən istifadə edərək öz kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə burada 194 nəfər, 1926-cı ildə 335 nəfər, 1931-ci ildə 383 nəfər, 1939-cu ildə 339 nəfər, 1959-cu ildə 337 nəfər, 1979-cu ildə 589 nəfər, 1987-ci ildə 1500 nəfər azərbaycanlı yaşamışdır. Kənd əhalisi 1988-ci ildə noyabr ayının axırlarında kəndi tərk etmək məcburiyyətində qalmışdır. Bundan öncə kəndin ağsaqalları Azərbaycan SSR-dən yardım almaq və öz gücləri hesabına kəndi ermənilərdən qorumaq üçün Azərbaycan SSR-nin o vaxtkı anti-milli hökumətindən rəsmi yardım istəmiş, bu məqsədlə bir qrup ağsaqqal Bakı şəhərində Azərbaycan SSR-nin o vaxtkı hökumət nümayəndələri ilə görüşmüşlər, lakin heç bir yardım və ya mənəvi dəstək verilməmişdir.

Kəndin tayfaları

[redaktə | mənbəni redaktə et]
  • 1. Qədimalılar — (Cənubi Azərbaycanın Sulduz vilayətindən Qazax mahalına oradan isə Göyçə mahalına gəliblər)
  • 2. Əkbərlilər — (Qazax mahalından gələnlər)
  • 3. Hovalılar — (Daşkəsən rayonundan gələnlər)
  • 4. Kərbəlayı Qulular — (Qazax mahalından gələnlər)
  • 5. Yekə Həsənlilər — (Qazax mahalından gələnlər)
  • 6. Novruzlular — (Qazax mahalından gələnlər)
  • 7. Cabbarlılar — (Qazax mahalından gələnlər)
  • 8. Çəkməlilər — (Sadanaxaç və yaxud Hacı-Qərib kəndindən gələnlər)
  • 9. Ağalıqlar — (Qazax mahalından gələnlər)

Görkəmli şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]

1905–1907-ci illərdəki I qaçqınlıq dövründə kənd əhalisi zorla çıxarılaraq Şəmkir, Goranboy, Daşkəsən və başqa yerlərdə məskunlaşmışlar. Kənd əhalisi 1907-ci ilin yazında doğma kəndinə qayıdıb. Az bir hissəsi isə məskunlaşdıqları rayonlarda qalmışlar. Kəndin təxminən 30–40 evi, 100–130 nəfərə yaxın əhalisi olmuşdur. 1918–1920-ci illərdəki II qaçqınlıq zamanı kənd əhalisi doğma yurdlarından çıxarılmış, Daşkəsən, Samux, Goranboy və başqa yerlərdə məskunlaşmışlar. Kəndin oğullarının səyi nəticəsində əhalinin çox hissəsi 1921-ci ilin yazında doğma kəndinə qayıtmış, az bir hissəsi isə qayıtmamışdır. Kəndin təxminən 60–70 evi, 180–220 nəfərə yaxın əhalisi olmuşdur. 1948–1953-cü illərdəki III qaçqınlıq dövründə kənd əhalisinin 40 evi, 250–300 nəfərə yaxın əhalisi Gəncə, Xanlar, Samux, Goranboy, Tovuz və başqa yerlərdə məskunlaşmışlar. Həmin 40 ailənin yarı hissəsi 1956–1957-ci illərə qədər yenidən doğma kəndlərinə qayıtmışlar. Kəndin 80 evi, 400–450 nəfərə yaxın əhalisi olmuşdur. 1988–1991-ci illərdəki IV qaçqınlıq zamanı Canəhməd kəndinin əhalisi doğma yurdlarından didərgin düşmüşdür. Kənd əhalisi Bakı, Gəncə, Şəmkir, Daşkəsən və başqa yerlərdə məskunlaşaraq bu gün də həmin yerlərdə yaşayırlar. Kəndin 130 evi, 800 nəfərə yaxın əhalisi olmuşdur.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Heyvandalıq və əkinçilik kəndin əsas iqtisadi fəaliyyətini təşkil etmişdir. Hər iki sahə üzrə kənd yüksək məhsuldarlığı ilə məşhur olmuşdur. Dağlıq Qarabağdakı erməni kəndlərinin tam əksinə, 1988-ci ilin sonlarına qədər kənddə asfalt yol mövcud olmamış, Ermənistan SSR kəndi qazlaşdırmamışdır. Əhalinin Azərbaycana köçünü stimullaşdırmaq və həyat səviyyəsinin yüksəltməməklə kəndi tərk etmələrini təmin etmək Ermənilərn Sövet dövründədə həyata keçirdikləri sistemli siyasət olmuşdur. Kənddə kasıb ailə təsərrüfatı olmamışdır.