Yuxarı Alçalı (Göyçə)

Yuxarı Alçalı — İrəvan quberniyasının Novobayazid qəzasında (sonra Martuni r-nunda) kənd adı[1][2]. Digər adı Qarsaqqal Mollalı[3].

Yuxarı Alçalı
Ölkə  Ermənistan
Rayon Martuni rayonu

1728-ci ilə aid mənbədə Alçalı[4] sonralar ondan Aşağı Alçalı məntəqəsi yarandıqdan sonra Yuxarı Alçalı adlandırılmışdır. Kənd öz adını oradan axan Alçalı çayından almışdır. 1918-ci ildə kənddə Türkiyədən gəlmə ermənilər də yerləşdirilmişdir. XX əsrin 30-cu illərində Azərbaycanlı əhali sıxışdırılıb çıxarılmışdır. 1968-ci ildə kənd Atsvanist adlandırılmışdır.[5]

  1. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
  2. Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan, Bakı, 1992.
  3. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. Bakı, 1995
  4. Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri.
  5. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Јухары Алчалы // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.