Əyrivəng (Kəvər)

Əyrivəng - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. Rayon mərkəzindən 12 km şimal-qərbdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində[2] qeydə alınmışdır.

ƏYRİVƏNG
40°26′04″ şm. e. 45°05′49″ ş. u.HGYO
Ölkə  Ermənistan
Rayon Kəvər
Tarixi və coğrafiyası
Əsası qoyulub 1922
Mərkəzin hündürlüyü 1.940 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 680 nəf. (2011)[1]
Rəsmi dili
Əyrivəng xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Toponim qədim türk dilində «ayrılmış» mənasında işlənən «ayrı» sözündən[3][4][5] və qala mənasında işlənən vəng sözünün birləşməsindən əmələ gəlmiş relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı erməni dilinə kalka edilərək Ayrivan, Ayrivank formasında işlədilir. Ermənistan prezidentinin 19.IV. 1991-ci il fərmanı ilə adı dəyişdirilib Hayravan qoyulmuşdur.[6]

Kənddə IX-X əsrlərə məxsus alban abidəsi qala vardır və kəndin adı həmin qala adından götürülmüşdür.

Kənddə 1831-ci ildə 65 nəfər, 1873 - cü ildə 326 nəfər, 1886-cı ildə 451 nəfər, 1897-ci ildə 545 nəfər, 1904 - cü ildə 708 nəfər, 1914 - cü ildə 896 nəfər, 1916-cı ildə 735 nəfər[7], 1918-ci ilin yanvarında 706 nəfər[8] yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayında azərbaycanlılar vəhşicəsinə kənddə qırğınlarla qovulmuş[8] və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. 1926-cı ildə burada cəmi 1 nəfər, 1931-ci ildə 17 nəfər azərbaycanlı yaşamışdır[9]. 1931-ci ildən sonra kənddə yaşayan azərbaycanlılar ermənilər tərəfindən sıxışdırıldıqları üçün qonşu Ağqala kəndinə köçmüşlər. Həmin vaxtdan kənddə yalnız ermənilər yaşayır.

  • Əfəndi – 1918-ci il. 654 nəfər əhalisi olub. Əhalinin yarıdan çoxu amansızlıqla qılıncdan keçirilib, bədənləri deşik- deşik edilib, gözləri çıxarılıb.
  • Əyrivəng – 1918-ci il. 654 nəfər əhalinin 440 nəfəri amansızlıqla qətlə yetirilmişdir.
  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.9
  3. 365, s. 114-115
  4. 337, s.238
  5. 339, s.42
  6. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  7. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.68-69, 144-145
  8. 1 2 История Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.220
  9. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.69, 145