Gölkənd — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd.[2]
Kənd | |
Gölkənd | |
---|---|
40°09′33″ şm. e. 45°14′05″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Göyçə mahalı |
Rayon | Aşağı Qaranlıq rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1830 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.929 ± 0 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 1409 |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən 8 km məsafədə, Göyçə gölünün sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə[3], Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir. Sonradan Gölkənd oykonimindəki kənd coğrafi nomeni ixtisar edilərək, erməni mənbələrində Göl formasında qeyd edilmişdir[5][6].
Toponim Azərbaycan dilində "dənizlə bilavasitə əlaqəsi olmayan təbii su hövzəsi" mənasında işlənən göl sözü ilə[7] kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı erməni dilinə kalka edilərək Liçk (Göl) qoyulmuşdur.[8]
Kənddə tarixən azərbaycanlılar yaşamışdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra Türkiyədən köçürülən ermənilər kənddə yerləşdirilmiş və azərbaycanlılar sıxışdırılmışdır. Burada ermənilərlə yanaşı 1897-ci ildə 23 nəfər azərbaycanlı yaşamışdır[9]. 1905–1906-cı illərdə baş verən erməni azərbaycanlı münaqişəsi nəticəsində azərbaycanlılar deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.