Mədinə — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda
kənd.
Kənd | |
Mədinə | |
---|---|
Mədinə | |
40°04′49″ şm. e. 45°15′04″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Göyçə mahalı |
Rayon | Aşağı Qaranlıq rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 2.200 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 208 nəfər (1873) |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 1413 |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən 10 km cənub-şərqdə, Əyriçayın yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.[1]
Toponim ərəb dilində "şəhər" mənasında işlənən mədinə sözü[2][3] əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranıb. Quruluşca sadə toponimdir.
Kənddə 1873-cü ildə 208 nəfər, 1886-cı ildə 296 nəfər, 1897-ci ildə 346 nəfər, 1908-ci ildə 429 nəfər, 1914-cü ildə 752 nəfər, 1916-cı ildə 736 nəfər yalnız azərbaycanlı yaşamışdır[4]. 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri geri dönə bilmişdir. Burada 1922-ci ildə burada 85 nəfər azərbaycanlı yaşamış[5], 1923–1924-cü illərdə kəndə ermənilər köçürülmüşdür. 1926-cı ildə ermənilərdən başqa, 61 nəfər azərbaycanlı yaşamışdır[5].
Kəndin yerli sakinləri olan azərbaycanlılar 1930-cu illərdə sıxışdırılaraq tarixi-etnik torpaqlarından deportasiya olunmuş və kəndə Türkiyə və İrandan gələn ermənilər yerləşdirilmişdir. İndi ermənilər yaşayır.