Çırçır, Varser — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonunda kənd.[2]
kənd | |
Çırçır | |
---|---|
40°33′16″ şm. e. 44°54′29″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Göyçə mahalı |
Rayon | Sevan rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1831 |
Mərkəzin hündürlüyü | 1.917 ± 1 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən 3 km məsafədə, Göyçə gölünün sahilində, Zəngi çayının yanında yerləşir. Sevan rayonu təşkil edilənədək, yəni 31 dekabr 1931-ci ilə kimi Axta (Razdan) rayonunun tərkibində olmuşdur.
Kəndin digər adı Sutökülən olmuşdur[3]. Erməni mənbələrində[4], Qafqazın 5 verstlik xəritəsində[5] Çirçir formasında qeyd edilmişdir.
Toponim Azərbaycan dilində "kiçik şəlalə" mənasını ifadə edən şırşır sözünün[6] dialekt variantı olan çırçır (çirçir) sözü əsasında əmələ gəlmişdir. Azərbaycan dilinin dialekt və şivələrində, türk dillərində ş~ç səs əvəzlənmələri qanunauyğun haldır. Hidrotoponimdir. Quruluşca sadə toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Varser qoyulmuşdur.