Pəmbək — Göyçə mahalının Basarkeçər rayonunda kənd.
Kənd | |
Pəmbək | |
---|---|
40°23′10″ şm. e. 45°31′55″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Rayon | Basarkeçər rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.975 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Göyçə mahalının Basarkeçər rayonunun Pəmbək kəndinin gözəl ab-havası, barlı-bağatlı meyvə bağları, ətrafındakı göy, yaşıl ormanlı meşələri, sərin bulaqları və arxasında qürurla dayanan uca dağları həmişə göz oxşayıb, ilk baxışdan qəlblərə əbədi bir xatirə bəxş etmişdir. Kəndin 1953-cü ildə 156 yaşında rəhmətə gedən, yaşlı sakinlərindən biri olan Şahzadə nənə söyləyirdi ki, kəndə altı yaşında olarkən əmisi ilə gəlmişdir. Həmin vaxt kəndin təxminən 35–40 evi, 170–200 nəfərə yaxın əhalisi olmuşdur. Kəndin ilk sakinləri XVII əsrin axırı (1680), XVIII Əsrin əvvəlində (1715) keçmiş Qarakilsə (indiki Kirovakan) şəhərinin yaxınləğında olan Lori pəmbək kəndinə verilmişdir.
Rayon mərkəzindən 24 km şimal-qərbdə, Göyçə gölünün sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Quşçu (143, s.62), Qafqazın 5 verstlik xəritəsində Quşi dərəsi (348, s.152) formasında qeyd edilmişdir. Erməni mənbələrində, eləcə də XX əsrin rəsmi sənədlərində kəndin adı Pəmbək göstərilir.[2][3] Kəndin bir adı da Pəmbəkli olmuşdur.[4] Kəndin tarixi qədimdir. Buradakı albanlara məxsus dini məbədin (kilsənin) və oğuzların qəbiristanlıqlarının xarabalığı müasir dövrümüzə kimi gəlib çatmışdır.
Kənddə 1873-cü ildə 166 nəfər, 1886-cı ildə 237 nəfər, 1897-ci ildə 283 nəfər, 1908-ci ildə 352 nəfər, 1914-cü ildə 392 nəfər, 1916-cı ildə 331 nəfər, 1919-cu ildə 398 nəfər yalnız azərbaycanlı yaşamışdır.[5] 1919-cu ilin yazında kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri -azərbaycanlılar qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etməyə məcbur olmuş azərbaycanlılar tarix torpaqlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 390 nəfər, 1926-cı ildə 349 nəfər, 1931-ci ildə 512 nəfər,[6] 1987-ci ildə 2000 nəfər (85, s.292–293) azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının axırlarında, dekabr ayının əvəllərində kəndin əhalisi Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya edilmiş və kəndə ermənilər yerləşdirilmişdir. İndi ermənilər yaşayır.
Toponim quşçu türk etnonimi ilə (245, s.38–39; 292, s.91–95; 182, s.313) "iki dağ və ya təpə arasında, eləcə də düzənlikdə uzun dərin çuxur" mənasında işlənən dərə sözünün (10, s.74) birləşməsindən əmələ gəlmişdir. "Dərədə quşçu tayfasının yaşadığı kənd" mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Pəmbək kəndi bütün Göyçə mahalının aranı hesab edilirdi. Kənd başdan-başa meyvə ağaclarından ibarət idi. Burada bitən alma, armud, ərik, gavalı, gilas, qoz, üzüm və s. Öz tamı və ətri ilə digər yerlərin meyvələrindən tamamilə fərqlənirdi. Onu demək kifayətdir ki, bu güney zonasında bitib ərsəyə gələn ərik və qoz, üzüm rayonun qalan heç bir kəndrində bir mirdi. Meşələrdə çır alma, armuddan başqa burda qarağac, keçiməməsi, itburnu və ya zincirli, qoyun gözü, iydə və çay tikanı kimi min dərdin dərmanı hesab olan meyvə və giləmeyvə ağacları var idi. Arxası meşəli yüksək dağlara söykənmiş kəndin ətəyi isə saf, dumduru suyu olan Göyçə gölünə birləşirdi. Bu gölün təmiz və şirin suyu dillər əzbəri olan qızıl xallı, siqa, farel və b. balıqlarla zəngin idi. Gölün ən yaxşı təmiz qumlu çimərlik yerləri qonşu Babacan və Dərə kəndlərinin də bir hissəsi idi.
1988-ci ilə qədər azərbaycanlılar
1988-ci ilin sоyqırımındа kənddən həlаk оlаnlаr.
1905–1907-ci illərdəki I qaçqınlıq zamanı kənd əhalisi zorla çəxarılaraq Gədəbəy rayonunun kəndlərində yerləşib və 1907-ci ilin yazında doğma kəndinə qayıtmışdır. Kəndin təxminən 60–70 evi, 350–400 nəfərə yaxın əhalisi olmuşdur.1918–1920-ci illərdəki II qaçqınlıq zamanı kəndin əhalisi zorla çıxarılaraq Azərbaycan respublikasının Eldar zonasında və Ceyrançöl yataqlarında məskunlaşmışlar. Kənd əhalisi 1921-ci ilin yazında doğma kəndlərinə qayıtmışlar. Kəndin 10–15 ailəsi bir daha geri qayıtmamışlar. Kəndin təxminən 100 evi, 500 nəfərə yaxın əhalisi olmuşdur. Həmin qaçqınlıq Pəmbək camaatına çox fəlakətlər gətirib. Onlardan 100 nəfərə qədəri qızdırmadan dünyalarını dəyişib və qürbətdə müxtəlif yerlərdə torpağa tapşırılıblar.1948–1953-cü illərdəki IIIqaçqınlıq zamanı kənd əhalisi erməni daşnaqlarının qarşısını alaraq heç bir yana köçməmişdir. Kəndin 250–300 evi, 1500–1600 nəfərə yaxın əhalisi olmuşdur. Kəndin 30 nəfəri Qarabağ torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərin iştirakçısı olmuşdur. Onun 7 nəfəri itkin və şəhidlər, 23 nəfəri isə əlillər və sağ qalanlardır.1988–1991-ci illərdəki IV qaçqınlıq zamanı kənd əhalisi Azərbaycanın 14 şəhər və rayonlarında məskunlaşmışdır. Kəndin 300–350 evi, 3000–3500 nəfərə yaxın əhalisi olmuşdur.
Pəmbək kəndi rayon mərkəzindən cənuba doğru 34 km məsafədə yerləşib. Elə o qədər də, yəni 34 km cənubda qonşu keçmiş Çəmbərək rayonu və qonşu Dərə kəndi ilə 4 km Babacan kəndi ilə isə 10 km məsafədə yerləşmişdir. Kəndin uzunluğu 3 km-ə yaxın, eni isə 2 km-ə qədər idi. Ümumi ərazisi 7,8 min hektar idi. Bundan 800 hektarı əkin yeri, 300 hektara yaxın biçənək və sulu yerlər, qalanı isə ümumi otaraq sahələrinə aid idi. Kəndin içində olan bulaqların təmiz, şəffaf və buz kimi sərin suları var idi. Onlardan Salman bulağını, Kəvənliyin bulağını, Qara bulağı, Qaya bulağını, Gülüstan bulağını, Allahverdi bulağını və Bayram bulağını göstərmək olar. Kəndin mərkəzindən keçən Pəmbək çayı ilin bütün fəsillərində bol suyu ilə fərqlənirdi. Mənbəyin dağ bulaqlarından götürən bu çay Göyçə gölünə tökülürdü. Yaz və payız aylarında çay balıqla dolu olardı. Kəndə arxa olan bu uca dağlarda maral və ceyran sürülərinə, çöl keçilərinə və turac dəstələrinə rast gəlmək olardı. Pəmbəyin müqəddəs yerlərindən, ziyarətgahlarından Zamaxanın ocağı, Qaraların ocağı, Arpanın ocağı, İsgəndərin ocağı, Qaradaş ziyarətgahını göstərmək olar. Pəmbək çayının suyu bəzən məcrasından çıxır, əkin və məhsullara da ziyan verərdi. Pəmbəyin ərazisinin 60–70%-ni otaraq sahələrivə yaylaq yerləri təşkil edirdi. Əvvəllər dağ yaylaq ərazilərinin bir hissəsində Azərbaycanın bir sıra varlı adamları da öz sürülərini saxlayarlarmış. Bəzi yurd yerlərinin adları elə bu gün də onların adı ilə söylənilir: Məşədi Bayramın yurdu, Həkimin yurdu, Murtuzalının yurdu və ya dərəsi, Sənəmin yurdu, İsgəndərin yurdu, Əmirəhmədin yurdu və s. Sonralarbu yerlər bütünlüklə kəndə aid oldu. Həmin yerlərdən mahalın təsərrüfatları istifadə edirdi. Kəndin çayı bol sulu idi. Bu çay öz mənbəyini dağlardan gələn bulaq sularından alırdı. Belə bulaqlardan Ağ bulaq, Piyala bulağı, Qumlu bulaq, Çadərlanan bulağı, Qaya bulağı, Lələnin yurd bulağı, Ballı Murtuzalının yurdundan gələn bulaq, Süleyman yurdunun bulağı, Sənəmin yurdundan gələn bulaq, Həkimin yurdundan gələn bulaq, Sarıqaya bulağı, Molla bulağı, Keçiqayası bulağı, Dağ bulaq, Gülsənəm bulağı və s.
Kənddə ilk məktəb dövlət tərəfindən açılıb. Kəndin 3 yerində sinif otağı üçün münasib olan kürsülü evlər də olub. 1930–1932-ci illərdə təşkil olunan bu məktəb üçün kəndin yuxarı hissəsində Novruzov Paşanın, orta hissəsində Seyidin və aşağı hissəsində Orucov Nurunun evlərində hərəsində 1 sinif, 3 sinif təşkil olunub. 1930–1932-ci illərdə kənddə dövlət tərəfindən məktəb yaradılmışdır. 1930–1932-ci illərdən 1938-ci illərə qədər ibtidai məktəb (I–IV), 1938-ci ildən 1960-cı ilə qədər yeddi illik (VII), 1960-cı ildən 1988-ci ilə qədər orta məktəb (X) olmuşdur.