Ördəkli (Göyçə)

Ördəkliİrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Sevan rayonunda kənd.[2]133

Kənd
Ördəkli
40°31′13″ şm. e. 44°55′51″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Göyçə mahalı
Rayon Sevan rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1828
Sahəsi
  • 54,73 km²
Mərkəzin hündürlüyü 1.925 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 4.969 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Ördəkli xəritədə
Ördəkli
Ördəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Göyçə gölünün sahilində, poçt yolunun yanında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə[3] qeyd edilmişdir.

Toponim türk tayfalarından biri olan qızılbaşlara məxsus ördəkli[4] etnonimi əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26. IV. 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Lçaşen (Kölkənd) qoyulmuşdur. 1946-cı ildə kənd ermənicə Lçaşen adlandırılmışdır. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Göycə nahiyəsində Böyük Ördək və Kiçik Ördək kənd adları göstərilmişdir[5][6][170,12]. Göycə bölgəsində Ördək kənd adının oldduqca maraqlı tarixi vardır: е. ə. VIII əsrə aid Urartu dilində bir mənbədə Urtex kimi qeyd olunmuşddur.[7]

Kənddə tarixən azərbaycanlılar yaşamışdır. Zaman-zaman onlar qovulmuş, xircdən (İran və Türkiyədən) köçürülən ermənilər burada yerləşdirilmişdir[8]. 1920-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1897-ci ildə kənddə ermənilərlə yanaşı 22 nəfər azərbaycanlı yaşamışdır[9]. XX əsrin əvəllərində, 1905–1906-cı illərdə erməni azərbaycanlı münaqişəsi nəticəsində azərbaycanlılar tarixi-etnik torpaqlarından qovulmuşdur. İndi kənddə yalnız ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  3. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.81
  4. Qızılbaşlar tarixi (tərcümə və şərhlər M. Ə. Məhəmmədindir), Bakı, "Azərbaycan", 1993. s.6
  5. Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri. .
  6. Vəlixanlı N., IX-XII əsr ərəb coğrafiyaşünas səyyahları Azərbaycan haqqında. . Bakı. 1974.
  7. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Өрдәкли // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  8. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи, СПб, Типография императорский Академии Наук, 1852. s.595–598
  9. Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s. 18–19