Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Fuad Xəlil oğlu Quliyev (6 iyul 1941, Bakı) — Azərbaycan dövlət və siyasi xadimi, Azərbaycanın 5-ci Baş naziri (1995–1996), Azərbaycan Baş nazirinin birinci müavini (1994–1995), Azərbaycan Milli Məclisinin I çağırış üzvü.
Fuad Quliyev | |
---|---|
24 noyabr 1995 – 12 noyabr 2000 | |
2 may 1995 – 20 iyul 1996 | |
Prezident | Heydər Əliyev |
Əvvəlki | Surət Hüseynov |
Sonrakı | Artur Rasizadə |
5 mart 1994 – 2 may 1995 | |
Prezident | Heydər Əliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 iyul 1941 (83 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, neft mühəndisi[d] |
|
|
Təltifləri |
|
Fuad Quliyev 1941-ci il iyulun 6-da anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda ali təhsil alıb. Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.
Fuad Quliyev ailəlidir, 2 övladı var.
Fuad Quliyev Azərbaycan Prezidenti Heydər Əliyevin 5 mart 1994-cü il tarixli 114 nömrəli Fərmanı ilə Azərbaycan Baş nazirinin birinci müavini vəzifəsinə təyin edilib. Surət Hüseynovun 1994-cü il oktyabrın 7-də vəzifəsindən azad edilməsindən sonra Fuad Quliyev Azərbaycanın Baş naziri vəzifəsinin müvəqqəti icraçısı olmuşdur.
1995-ci il mayın 2-də Azərbaycan Ali Sovetinin sədri Rəsul Quliyevin Qərarına əsasən Azərbaycanın Baş naziri vəzifəsinə Fuad Quliyevin namizədliyi təsdiq edilmişdir. Bununla da Fuad Quliyev Azərbaycanın 5-ci Baş naziri olmuşdur.
1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində Yeni Azərbaycan Partiyasının (YAP) siyahısı üzrə 3-cü sırada olan Fuad Quliyev I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Fuad Quliyev Milli Məclisin Mədəniyyət məsələləri Daimi Komissiyasının və Azərbaycan—Estoniya, Azərbaycan—Latviya, Azərbaycan—Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[1][2]
1996-cı il iyulun 20-də Fuad Quliyev Azərbaycanın Baş naziri vəzifəsindən azad edilmişdir.
Fuad Quliyevə "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı verilmiş və 26 aprel 1986-cı ildə Azərbaycan SSR Dövlət mükafatı laureatı olmuşdur.