Qaravultomba — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Parakənd kənd inzibati ərazi dairəsində kənd.[1]
Qaravultomba | |
---|---|
40°32′ şm. e. 45°42′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Gədəbəy rayonunun ən qədim kəndlərindən biridir.
Orta dağlıq qurşaqdadır. Oykonim qaravul (gözətçi məntəqəsi, keşikçi) və tomba (türk dillərində “yüksəklik, təpə, baş”mənalarında işlənir) komponentlərindən düzəlib, ərazidəki eyniadlı təpənin adını daşıyır.[2]
Kənd dağlıq ərazidə yerləşir.
Kənddə 1000-ə yaxın ev var. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 482 nəfər əhali yaşayır.[3]
Kənd əhalisi əsasən kənd təsərrüfatı, xüsusilə kartofçuluq və heyvandarlıqla məşğul olur.