Sarıköynək (Gədəbəy)

SarıköynəkAzərbaycan Respublikasının Gədəbəy rayonunun Dəyirmandağ kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Gədəbəy rayonunun Gərgər kənd Sovetinin Sarıköynək kəndi Dəyirmandağ kənd Sovetinin tərkibinə verilmişdir.[2]

Sarıköynək
40°33′ şm. e. 45°43′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Sarıköynək xəritədə
Sarıköynək
Sarıköynək

Kəndin keçmiş adı Əliyli (Əlikli) olmuşdur. Yaşayış məntəqəsi Şəmkir rayonundan köçmüş ayıblı və mirismayıllı, Kəlbəcər rayonundan gəlmiş zalılar (zallar) adlı nəsillərə mənsub ailələr tərəfindən Əlikli təpəsinin (Şehtəpəsi də adlanır) yaxınlığında salınmışdır. Yerli məlumata görə, kəndə Sarıköynək adını xalq sənətkarı Aşıq Ələsgər vermiş, sonralar bu ad rəsmiləşdirilmişdir. Sarıköynək sarı rəngli quşun adıdır.[3]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd orta dağlıq ərazidə yerləşir.

2009-cu il]]in siyahıyaalınmasına əsasən kənddə 441 nəfər əhali yaşayır.[4]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikası Biləsuvar, Bərdə, Qusar, Yardımlı, Yevlax, Gədəbəy, Göyçay, Lənkəran, Masallı, Neftçala, Saatlı, Samux, Siyəzən və Xızı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı". 29 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 August 2022.
  3. Sarıköynək (Gədəbəy) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  4. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]