Gödəkdərə — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Əmiraslanlı kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Gödəkdərə kəndi Şəkərbəy kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Əmiraslanlı kəndi mərkəz olmaqla, Əmiraslanlı kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]
Gödəkdərə | |
---|---|
40°36′ şm. e. 45°44′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Yaşayış məntəqəsini XIX əsrin ortalarında yaxınlıqdakı Sarıhəsənli kəndindən qarqarlı nəslinə mənsub ailələr Gödəkdərə adlı yerdə salmışlar. Sonralar Şəmkir rayonunun Qapanlı (indiki Məmmədalılar) kəndindən danaçılar nəslinə mənsub ailələr də buraya köçüb məskunlaşmışlar. Kənd salındığı yerin adını daşıyır. Güman etmək olar ki, bir zamanlar gödəkli nəslinə mənsub maldar ellər bu ərazidən otlaq kimi istifadə etmişlər.[3]
Kənd dağlıq ərazidə yerləşir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 313 nəfər əhali yaşayır.[4]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Gədəbəy rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |