Çobankənd — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Çobankənd kənd inzibati ərazi dairəsində kənd.[1]
Çobankənd | |
---|---|
40°34′23″ şm. e. 45°34′25″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.307 m |
Saat qurşağı | |
Çobankənd kəndi Novosaratovka-Novoivanovka yolunun üstündə yerləşir. Kənd ümumilikdə üç hissədən ibarətdir. Novoivanovka, Yenikənd, Arabaçı və Şahdağ kəndi ilə sərhəddir.
Dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, inqilabdan əvvəl Novoivanovka kəndində şəxsi təsərrüfatlarda çobanlıq edənlərə 1925-ci ildə Alağac adlanan bu yerdə torpaq sahəsi verilmişdi. 1925-1926-cı illərdə bir neçə çoban öz ailələri ilə birlikdə burada məskunlaşaraq kəndin əsasını qoydular. Ona görə də kənd Çobankənd adlandırılmışdır.[2]
Əhalisi maldarlıq-qoyunculuq və qaramal saxlamaqla, eləcə də əkinçiliklə (kartofçuluq) məşğuldur. Maldarlıq yaylaq və qışlaq prinsipi ilə həyata keçirilir. Kənd əhalisi Oğuz Türkmən boyu olan Eymur boyundandırlar. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1482 nəfər əhali yaşayır.[3]