Köhnəkənd (əvvəlki adı: Qaraqoyunlu) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Dəyirmandağ kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Gədəbəy rayonunun Gərgər kənd Sovetinin Köhnəkənd kəndi Dəyirmandağ kənd Sovetinin tərkibinə verilmişdir.[2]
Köhnəkənd | |
---|---|
40°33′59″ şm. e. 45°41′48″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Kəndin keçmiş adı Qaraqoyunlu olmuşdur. Yaşayış məntəqəsi qədim Göyçə mahalının yanında yerləşən Qaraqoyunlu mahalından ermənilərin zorla didərgin saldığı azərbaycanlı ailələr tərəfindən salınmışdır. 1919-cu ildə yaxınlığındakı Yenikənd kəndi bina edildikdən sonra bu kənd Köhnəkənd adı ilə tanınmışdır.[3]
Kənd dağlıq ərazidə yerləşir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 572 nəfər əhali yaşayır.[4]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Gədəbəy rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |