Bu adın digər istifadə formaları üçün bax:
Parakənd.
Parakənd — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Parakənd kənd inzibati ərazi dairəsində kənd.[1]
- Parakənd oyk.
- Dağlıq ərazidədir. Yaşayış məntəqəsini XIX əsrdə qonşu Leşkər kəndindən ayrılmış ailələr salmışlar. Yerli əhalinin məlumatına görə kənd Leşkər kəndinin parası (hissəsi) kimi yarandığına görə belə adlandırılmışdır.
- Tovuz r-nunun Çeşməli i.ə.v.-də kənd. Dağ ətəyindədir. Kəndin ərazisində eyniadlı dağ da vardır. Tədqiqatçılara görə, oykonim para (qərb dialektlərində dənli və bostan bitkiləri üçün ayrılmış sahəyə deyilir), yaxud parağ/ parax (heyvan saxlamaq üçün çəpərlənmiş yer) və kənd sözlərindən yaranmışdır. Özbəkistanda Paraq adlı şəhər qeydə alınmışdır. Güman etmək olar ki, bu oykonimlərin tərkibindəki para komponenti həmin məntəqələrin dağətəyi ərazidə yerləşməsi ilə bağlıdır.[2]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1504 nəfər əhali yaşayır.[3]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
|
---|
Şəhərlər | | |
---|
Kəndlər | |
---|
Ləğv olunmuş kəndlər | |
---|