Şəkərbəy — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Şəkərbəy kənd inzibati ərazi dairəsində kənd.[1]
Şəkərbəy | |
---|---|
40°36′34″ şm. e. 45°43′25″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Şəkərbəy Azərbaycanın qədim bölgələrindən olan Gədəbəyin ən böyük kəndlərindən biridir.
Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Şəkərbəy dağının ətəyində salındığı üçün belə adlandırılmışdır. Oykonim Şəkərbəyli variantında da qeydə alınmışdır.[2]
Əhalisi Azərbaycan türklərinin ibarətdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 937 nəfər əhali yaşayır.[3]