Heydərli — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Şəkərbəy kənd inzibati ərazi dairəsində kənd.[2]
Heydərli | |
---|---|
40°36′ şm. e. 45°42′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Gədəbəy rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 460 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ2122[1] |
Dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrin axırlarında həmin r-nun ərazisindəki Dikdaş kəndindən köçüb gəlmiş heydərli nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır.[3]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 460 nəfər əhali yaşayır.[4]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.