Turşsu (Gədəbəy)

Turşsu (əvvəlki adı: Kilsəli) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Çay Rəsullu kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Gədəbəy rayonunun Çay Rəsullu kənd Sovetinin Kilsəli kəndi Turşsu kəndi adlandırılmışdır.[2]

Turşsu
40°42′ şm. e. 45°28′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Turşsu xəritədə
Turşsu
Turşsu

Kəndin keçmiş adı Kilsəli olmuşdur. Yaşayış məntəqəsi Çay Rəsullu kəndindən ayrılmış alqulular, məşədiismayıllı, oruclu nəsillərinin köhnə kilsənin ətrafında məskunlaşması nəticəsində yaranmış və Kilsəli adlandırılmışdı.[3]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd dağlıq ərazidə yerləşir.

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 278 nəfər əhali yaşayır.[4]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-21.
  3. Turşsu (Gədəbəy) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  4. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629