Saxsıdagüllər xalçası

Saxsıdagüllər xalçaları — Qarabağ tipinin Şuşa qrupuna daxil olan xovlu xalça.

Xalça
Saxsıdagüllər xalçaları
Toxunması haqqında məlumatlar
Üslubu Qarabağ xalçaçılıq məktəbi

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Qarabağ tipinin Şuşa qrupuna daxil olan və "Saxsıdagüllər xalçası" adı ilə məşhur olan bu xalçalar XIX əsrin II yarısında Şuşada yaradılan sənət əsərləri hesab olunur. Yaradılma tarixinə və bədii və texnoloji xüsusiyyətlərinə görə bu xalçalar "Bağçadagüllər xalçası"nı xatırladır və hətta müəyyən dərəcədə onun bənzəridir.

1750-ci illərin əvvələrində Qarabağ xanı Pənahəli xan Şuşa şəhərini saldırdı. Şəhər ilk vaxtlar Pənahabad adlandırıldı və uzun illər Qarabağ xanlığının paytaxtı oldu. XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənmişdir. XVIII əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər müxtəlif məişət əşyaların üzərindən götürülmüş naxışlardan yeni xalça kompozisiyaları — "Bağçadagüllər", "Saxsıdagüllər", "Bulud" və s. çeşnilər toxunurdu. Qarabağ xalçalarının rəng — boyaq palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir. Qədim dövrlərdən Azərbaycan xalçalarının ara sahə yerliyi ənənəvi olaraq qırmızı rəngdə işlənmişdir. Müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən burada rənglər cür — bəcür həşaratlardan alınmışdı. Onların içərisində qırmızı rəng almaq üçün ən geniş yayılmışı koşenildir. Xalq arasında ona "qırmız böcəyi", "qurd qırmız", "palıd cücüsü" deyilirdi.[1]

Texniki xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]
  1. "AZƏRBAYCANDA XALÇA SƏNƏTİNİN İNKİŞAFI". azerbaijan.az (az.). 2021-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-15.