Tennessin

117 livermoriumTennessinoqaneson
At

Ts

Ümumi
Ad, İşarə, Nömrə Tennessin, Ts, 117
Qrup, Dövr, Blok 17, 7, p
Xarici görünüşü
Atom kütləsi [294] q/mol
Elektron formulu
Fiziki xassələr
Halı
Sıxlığı (0 °C, 101.325 kPa)
q/L
Ərimə temperaturu °C
( K, °F)
Qaynama temperaturu °C
( K, °F)
Elektromənfiliyi
Oksidləşmə dərəcəsi
Spektr =
İonlaşma enerjisi kCmol-1

Tennessin (lat. Tenissinium, Ts) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində117-ci element. Dövri sistemin yeddinci perioduna və 17-ci qrupuna daxildir.

Elementin iki məlum izotopundan ən davamlısı olan 294Uus-un yarımparçalanma dövrü 78 millisaniyədir[1]. Formal olaraq halogenlərə aid edilsə də, kimyəvi xüsusiyyətləri hələ tədqiq edilməmişdir.

Adının mənşəyi

[redaktə | mənbəni redaktə et]

Ununseptium sözü latın mənşəli sözlərdən ibarətdir və hərfən "bir-bir-yeddinci" deməkdir (latınca 117-ci başqa cür yazılır: centesimus septimus decimus). Bu ad müvəqqəti idi və elementin kəşfi başqa tədqiqatçılar tərəfindən təsdiq edildikdən sonra bu ad, çox güman ki, dəyişdiriləcəkdi. Kimyəvi elementə rəsmi ad İUPAC (Nəzəri və tətbiqi kimya üzrə Beynəlxalq İttifaqın komissiyası) tərəfindən onun kəşfi təsdiqləndikdən və bu və ya digər elmi qrupun prioriteti müəyyən edildikdən sonra onun adı təsdiqləndi:Tenessinium.

Əldə edilməsi

[redaktə | mənbəni redaktə et]

Tenessin (ekaastat) 2009-cu ildə Dubnada (Rusiya) yerləşən Birləşmiş nüvə tədqiqatları institutunda əldə edilmişdir. 117-ci elementin sintezi üçün institutun nüvə reaksiyaları sürətləndiricisində (U 400) 97-ci elementdən (berklium 249) ibarət hədəfi kalsium-48-in ionları ilə bombalayırdılar. Eksperiment RusiyaABŞ alimlərinin əməkdaşlığı sayəsində mümkün olmuşdur: 22 milliqram berklium-249 hədəfini rusiyalı alimlərə Tennessi ştatında yerləşən Okric milli laboratoriyasının alimləri tərəfindən təqdim edilmişdi[2]. Elementin sintezi üçün aşağıdakı reaksiyadan istifadə edilmişdi:

Nəticədə yeni elementin altı nüvəsi əldə edilmişdi: beş 293Uus və bir 294Uus. Yeni kimyəvi elementin aşkar edilməsini təsvir edən elmi məqalə 5 aprel 2010-cu ildə nəşr edilməsi üçün Physical Review Letters jurnalı tərəfindən qəbul edilmişdir. [3].

2012-ci ilin iyununda eksperiment təkrar edilmiş və 293Ts-un beş nüvəsi əldə edilmişdir[4][5].

2014-cü ildə 117-ci elementin mövcudluğu Helmholts adına ağır ionların tədqiqi mərkəzində (Darmştadt, Almaniya) çalışan nüvə fiziklərinin beynəlxalq qrupu tərəfindən təsdiq edilmişdi: eyni eksperiment həyata keçirilərək yeddi nüvə aşkar edilmiş və 117-ci elementin dağılmasının 105-ci (dubnium) elementin yaranması ilə nəticələnən yeni yolu kəşf edilmişdir[6][7].

Ununseptium mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

"Futurama" cizgi serialının 7-ci mövsümünün 10-cu seriyasında ("Near-Death Wish") Ununseptium "Farnsium" (Fa) adlandırılır.

Kimyəvi xassələri

[redaktə | mənbəni redaktə et]
  1. [ http://www.infox.ru/science/lab/2010/04/07/Fiziki_iz_Dubnyy_sin.phtml Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine / Физики из Дубны синтезировали 117-й элемент]
  2. "Российские и американские физики впервые синтезировали 117-й элемент". 2011-02-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-09.
  3. Yu. Ts. Oganessian et al., Synthesis of a New Element with Atomic Number Z=117 Arxivləşdirilib 2012-04-19 at the Wayback Machine, Physical Review Letters, Vol. 104 (2010) P. 142502. DOI: 10.1103/PhysRevLett.104.142502.
  4. "В России вновь синтезировали 117-й элемент". Российская газета. 2011. 2012-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 2012.
  5. "Физики из Дубны воспроизвели синтез сверхтяжелого 117-го элемента". Dubna.org. 2011. 2012-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 2012.
  6. "Наука и жизнь, Подтвержден синтез 117-го элемента таблицы Менделеева". 2014-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-09.
  7. "Phys.Rev.Lett. 112,172501 (2014)". 2015-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-09.