Yaqublu (Abaran)

Yaqublu (Təzə Kələş.) — İrəvan quberniyasının Eçmiadzin qəzasında, kənd. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır.[1]

kənd
Yaqublu
Təzə Kələş.
Ölkə  Ermənistan
Region Abaran mahalı
Tarixi və coğrafiyası
Saat qurşağı UTC+4

İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonu ərazisində kənd. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Təzə Kələş olmuşdur. Kənddə 1897-ci ildə 120 nəfər, 1908-ci ildə 200 nəfər, 1914 - cü ildə 213 nəfər, 1916-cı ildə 208 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq yerli sakinləri -azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya edilmişdir. 1920-ci ildə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.[2]

  1. B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998.3 cild
  2. Qərbi Azərbaycanın türk mənşəli toponimləri (Bayramov İbrahim Məhəmməd oğlu) ... Nəşriyyat, Elm. Nəşr yeri, Bakı. Nəşr ili, 2002. ISBN, 5-8066-1452-2