1. XƏLƏT/XALAT [Qətibə] yata bilmədi, yatağından qalxıb xələtini üstünə saldı, otağın qabağındakı güllərin dibində oturdu (M.S.Ordubadi); CÜBBƏ (köhn.) Vəzir: Buyur, tez mənim qırmızı cübbəmi versinlər, kəhər atımı yəhərləsinlər, eşitdinmi? (M.F.Axundzadə); LƏBBADƏ (köhn.) Kamal istəyirdi ki, babası üçün təzə bir ləbbadə alsın (S.Vəliyev).
2. xələt bax hədiyyə