Mənbələrdə yar, yaru (светиться) feili, yaruq (свет), yarun (заря, işıqlandırma) sözləri mövcuddur. “Yaraşıqlı gözəl, bəzəkli” deməkdir, “işıqlı”, “parlaq” anlamı ilə bağlıdır. Yar felindən qoruq qəlibi üzrə yarıq (işıq), sərin qəlibi üzrə yarın sözləri yaranıb. Zənn etmək olar ki, yaraşıq sözünün kökü yar feilidir, bu söz isə “işıqlı, parlaq” mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)