Dilimizdə azmaq (yazmaq) sözü var. El arasında azca səhvə yol verən adam “qıl yazdı” deyir (yəni qılın diametri qədər səhv edildi). Toyuq fallığını itirəndə yazıxıb deyirlər. Deməli, yazıxmaq səhvə yol verməkdir. Yazıq sözü də bununla bağlıdır: səhv etmış (günaha yol vermiş) adama yazıq deyiblər. İndi məna dəyişib, yazıq sözü “fağır”, “kimsəsiz” və s. anlamları əks etdirir. Anadolu türklərində yazıq sözünün qədim mənası indi də qalır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)