YAĞLI

YAĞLI I sif. Yağı çox olan ət, xörək, süd və s. İçilən çay, yeyilən yağlı plov; Çəkilən hoqqavü qəlyan oldu (M.Ə.Sabir).

YAĞLI II sif. Varlı. Mən həmişə yağlı kəndçilərin evinə düşürəm (M.Hüseyn).

YAĞ
YAXALAMAQ
OBASTAN VİKİ
Yağlı güləş
Yağlı güləş (türk. Yağlı Güreş) — türk milli güləş növü. Güləş zamanı güləşçilər bədənlərini yağladıqları üçün yağlı güləş adlanır. Onlar bədənlərini zeytun yağı ilə yağlayırlar. Döyüş Ər meydanı adlı məkanda baş tutur. Güləş ümumən qədim türk idman növüdür. Mərkəzi Asiyada Tatar, Özbək və Tuva güləşlərini buna misal göstərmək olar. Güləşçilər Bahadır adlanır. Bahadırlar xüsusi şorta bənzər geyim geyirlər. Digər Olimpiya güləş növlərindən fərqlənir.
Yağlı qaraciyər
Fua-qra (fr. foie gras - yağlı qaraciyər) — Fransa mətbəxinə aid qaz ya ördək qaraciyəri yeməyidir.
Yağlı (Duzluca)
Yağlı — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. Kənd 1901-ci ildən eyni addadır.
Kırkpınar yağlı güləşi
Kırkpınar yağlı güləşi — Türkiyənin tarixi güləş növü
Yağlı boya rəssamlığı
Yağlı boya rəssamlığı (it. Pittura a olio) — təsviri incəsənətin rəssamlıq növündə texniki bir üslub olub, burada istifadə olunan boyaq maddələri bitki yağında həll edilərək hazırlanır. Yağlı boya rəssamlığı haqqında ilkin məlumat bizans sənətkarı, keşiş Teofilin kitabında (“Müxtəlif incəsənət siyahısı” — lat. “Schedula diversarum artium” yaxud lat. “De diversibus artibus”) verilmişdir. Avropada yağlı boya rəssamlığının ibtidai nümunələri tarixi XIII əsrə gedib çıxır. İntibah dövrü, 1420 ci ildən başlayaraq yağlı boya rəssamlığı yayılmağa başlayır. Sonralar XV əsrdə bu texniki üsul niderland rəssamı Yan van Eyk tərəfindən daha da təkmilləşdirilmişdir. Buna onun bu dövrdə yağlı boya texnikası ilə çəkmiş olduğu “Çalmalı adam portreti” əsəri tipik misaldır. XV əsrdə (1460-1470) italyan rəssamı Antonello da Messina bu rəssamlıq növünü İtaliyaya gətirmiş olur.
Araz Yağlıvənd
Aşağı Yağlıvənd və ya Araz Yağlıvənd — Azərbaycan Respublikasının Füzuli rayonunun Kərimbəyli kənd inzibati ərazi dairəsində kənd. Kənd rayon mərkəzindən 45 km cənub-şərqdə, Araz çayının sol sahilində, maili düzənlikdə yerləşir. Əhalisi təxminən 1500 nəfərdir. Hazırda əhali asasən əkinçilik və qismən heyvandarlıqla məşğuldur. Kənddə orta məktəb, musiqi məktəbi, kitabxana, klub, tibb məntəqəsi, park, stadion var. Kənd Bakı-Zəngilan şose yolunun solunda, dəmiryol stansiyasının isə "Hacılı" dayanacağında yerləşir. == Tarixi == Aşağı Yağlıvənd kəndi Yağlıvənd obasının əyləşməsi nəticəsində yaranıb. Yağlıvənd obası isə Yağlıvənd oymaqlarının yaşayış biçimidir. Yağlıvənd oymağı Cavanşir elinin qoludur. XVIII yüzildə 5 oymaqdan ibarət idi.
Aşağı Yağlıvənd
Aşağı Yağlıvənd və ya Araz Yağlıvənd — Azərbaycan Respublikasının Füzuli rayonunun Kərimbəyli kənd inzibati ərazi dairəsində kənd. Kənd rayon mərkəzindən 45 km cənub-şərqdə, Araz çayının sol sahilində, maili düzənlikdə yerləşir. Əhalisi təxminən 1500 nəfərdir. Hazırda əhali asasən əkinçilik və qismən heyvandarlıqla məşğuldur. Kənddə orta məktəb, musiqi məktəbi, kitabxana, klub, tibb məntəqəsi, park, stadion var. Kənd Bakı-Zəngilan şose yolunun solunda, dəmiryol stansiyasının isə "Hacılı" dayanacağında yerləşir. == Tarixi == Aşağı Yağlıvənd kəndi Yağlıvənd obasının əyləşməsi nəticəsində yaranıb. Yağlıvənd obası isə Yağlıvənd oymaqlarının yaşayış biçimidir. Yağlıvənd oymağı Cavanşir elinin qoludur. XVIII yüzildə 5 oymaqdan ibarət idi.
Aşağı Yağlıvənd bələdiyyəsi
Füzuli bələdiyyələri — Füzuli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Fordi yağlıağacı
Vernicia fordii (lat. Vernicia fordii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin vernicia cinsinə aid bitki növü. Əsasən Çində dəniz səviyyəsindən 200-1500 m hündürlükdə, dağ yamaclarında, meşələrdə yayılmışdır. ABŞ-da mədəni şəraitdə geniş əkilib-becərilir. Bu növə Çində tunq ağacı da deyilir. == Botaniki təsviri == Hündülüyü 8-13 m-ə çatan, açıq-boz qabıqlı, budaqları cərgələrlə yerləşən, seyrək çətirli, yarpağınıtökən ağacdır. Yarpaqları yumurtavari, uzanmış, ucu iti və 3 ayalı, qaidədən ürəkvarı və ya iki kəsimlidir, uzunluğu 10-12 sm, eni 6-18, bəzən 25 sm-dir, dərivaridiiir, qalın saplaqlıdır, üst tərəfdən tünd-yaşıl, alt tərəfdən bir qədər açıq rəngdədir. Cavan yarpaqların altı kürən, sıx tükcüklərlə örtülü, saplaqlarının uzunluğu 5-20 sm olur. Yarpağın saplağından qaidəsinə yaaxın olan hissədə 2 ədəd qırmızı rəngli vəz vardır. Çiçəkləri ağ ləçəkli, çoxçiçəkli süpürgəyə və ya çətirə toplanaraq budaqların uclarında yerləşmişdir.
Yağlıağac
Yağlıağac (lat. Aleurites) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinə aid bitki cinsi. Yağlıağac toxumlarının tərkibində 48,0-57,5% yaxşı keyfiyyətli tez quruyan texniki yağ vardır. Yağlıağac yağının tərkibində 80%-ə qədər eleostearin turşusu vardır ki, bu da yağa xüsusi keyfiyyət polimerləşmə və tez quruma xüsusiyyəti verir. Üzərinə yağlıağac yağı çəkilməsi metalları korroziyadan (çürümədən), ağacları isə rütubətdən xarab olmadan və göbələk çürüməsindən qoruyur. Yağlıağac yağının texniki əhəmiyyəti böyükdür. O tibbi aparatların istismarı zamanı çürümə əleyhinə örtük kimi qiymətlidir. Ondan həmçinin lakların, mina və boyaların alınmasında da istifadə edilir. Təyyarələr, sərnişin qatarları, hərbi, sərnişin və ticarət gəmilərinin sualtı hissələri yağlıağac boyaları (lakları) ilə örtülür. Yağlıağacdan hazırlanmış xüsusi izoləedici qatlar yüksək gərginlikli transformatorlara və kabellərə çəkilir.
Yağlıbulaq (Çaroymaq)
Yağlıbulaq (fars. ياغلي بلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 73 nəfər yaşayır (14 ailə).
Yağlıca
YAĞLICA — Yuxari Qarabagın Vərəndə nahiyəsində məzrə (əkin yeri) adı. Ermənistanda Yağlıkənd, Qars əyalətinin Ərdahan dairəsində Yağlı (dağ), Dağıstanda Yağlı Güney (dağ), Şamaxı qəzasında Yağlıtəpə, Gürcüstanda Kutaisi quberniyasının Şaporan qəzasında Yağlıtəpə, Borçalıda Yağlıca, Zəngəzur qəzasında Yağlıdərə, Qazax qəzasında Yağlıçay, Ordubad rayonunda Yağlıdərə və s. toponimlərlə mənaca eynidir. Bu toponimlərin bəziləri monqolca yaq "şibyə ilə örtülmüş şam ağaclığı", "şamlıq" sözündəndir. Bəziləri isə qaramalın südünün çox yağlı olmasını təmin edən otlaq mənasındadır.
Yağlıdərə
Yağlıdərə — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində dağ (hünd. 3825,9 m). Zəngəzur silsiləsinin suayırıcısında zirvə. Urmis kəndindən 5,3 km şimal-şərqdə, Vənəndçayın mənbə hissəsindədir. Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qranodiorit-porfir, diorit və diorit-porfirlərindən təşkil olunmuş sıldırım yamaclı, konusvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında yerləşir.
Yağlıdərə dağı
Yağlıdərə — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində dağ (hünd. 3825,9 m). Zəngəzur silsiləsinin suayırıcısında zirvə. Urmis kəndindən 5,3 km şimal-şərqdə, Vənəndçayın mənbə hissəsindədir. Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qranodiorit-porfir, diorit və diorit-porfirlərindən təşkil olunmuş sıldırım yamaclı, konusvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında yerləşir.
Yağlıvənd
Yağlıvənd (dəqiqləşdirmə)
Yağlıvənd — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Araz Yağlıvənd və ya Aşağı Yağlıvənd — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Yağləvənd obası — Cavanşir-Dizaq mahalının yaşayış məntəqələrindən biri. Yağləvənd oymağı — Cavanşir elinin saylı və sayılan oymaqlarından biri.
Yuxarı Yağlıvənd
Yağlıvənd — Azərbaycanın Füzuli rayonunda kənd. Füzuli şəhərinin yeddi kilometrliyində, Kiçik Qafqaz dağlarının ətəyində yerləşir. Kəndin sağ tərəfindən mənbəyini qalın meşəli dağlardan götürən Köndələnçay axıb elə öz adını da daşıyan gölə tökülür. Yağlıvənd kəndi Yağlıvənd obasının əyləşməsi nəticəsində yaranıb. Yağlıvənd oymağı Cavanşir elinin qoludur. XVIII yüzildə 5 oymaqdan ibarət idi. İkisi (Gecəgözlü və Seyidəhmədli sonradan ayrılıb başqa oymaqlarla bərabər Hacılı camaatını təşkil etdilər. 1735-ci ildə Nadir şah Qırxlı-Avşar Yağlıvənd oymağını Cavanşir elinin digər oymaqları ilə bərabər Xorasana, Sərəxs ətrafına sürgün etdi. Nadir şahın qətlindən sonra Yağlıvənd oymağı sürgündən döndü. Öncə Pənahəli xan Sarıcalı-Cavanşirə tərəf çıxsalar da, sonradan onun tərəfini tutdular.
Yağlıvənd gölü
Yağlıvənd gölü — Azərbaycan Respublikasının Füzuli rayonununda göl. Şirin sulu, axarlı göldü. Göl rayonun Yağlıvənd kəndi ərazisində yerləşir. 1955-ci ildə Suqovuşan və Təpə bulağından 5–6 yüz metr aşağıda Köndələnçay və Ağoğlan çayının qarşısını kəsib, bənd atdılar və Köndələnçay səddini tikdilər. Rəsmi sənədlərdə 1 N-li Köndələnçay Su anbarı adlandırılan bu gölün su tutumu 20 milyon kubmetr təşkil edir. Tikintisi 1962-ci ildə başa çatdırıldıqdan sonra su anbarı istismara verilmiş və suvarma məqsədilə yaradılmışdır. Lakin Füzuli rayonunun Yağlıvənd kəndi erməni qəsibkarları tərəfindən işğalı (15 avqust 1993-cü il) nəticəsində su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olmuşdur. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsindən sonra adıçəkilən göl yenidən təmir edilərək bərpa edildi.

Digər lüğətlərdə